Neft, ABŞ-ın təzyiqi ilə ucuzlaşır
Neft qiymətləri, ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına istehsalı artırmaq məsələsində təzyiq göstərməsinin ardından üç ildən çox müddətin ən yüksək səviyyəsindən düşür.
"Marja" xəbər veri ki, Tramp, Şənbə günü Twitter vasitəsilə verdiyi açıqlamada, Səudiyyə Kralı Salman ilə razılığa gəldiyini açıqlayıb.
"İndi Səudiyyə Ərəbistanının Kralı Salman ilə danışdım və ona İranla münaqişə və Venesuelladaki qarışıqlıq səbəbilə aradakı fərqi ödəmək üçün Səudiyyə Ərəbistanının neft istehsalını 2 milyon barrelə qədər artırmasını istədiyimi bildirdim, o da qəbul etdi".
Venesuelladakı daxili iğtişaşlar səbəbindən neft hasilatı azalıb. İrana tətbiq olunacaq embarqolara görə bu ölkənin də neft hasilatının aşağı düşəcəyi gözlənilir. Belə olan halda neftin qiymətləri artım meylindədir. Donald Tramp təklif kəsiri səbəbindən qiymətlərin daha çox yüksəlməməsi üçün Səudiyyə Ərəbistanından neft hasilatını 2 milyon barel artırılmasını istəyib.
Həmçinin Tramp, Bazar günüTV müsahibəsində, OPEC-in xam neft bazarını manipulyasiya etməyi dayandırması və daha çox neft istehsal etməsi lazım olduğunu söyləyib.
Neft ötən həftə, ABŞ-ın müttəfiqlərini İrandan neft almamağa çağırması ilə bahalaşmışdı. Bu çağırış, ABŞ-da ehtiyatların azaladığı, Kanada və Liviyada problemlərin meydana gəldiyi bir vaxtda reallaşır.
Həmçinin OPEC və tərəfdaşları hasilatın 1 milyon barel artırılmasına qərar veriblər.
Analitiklər bildirirlər ki, Trampın açıqlaması ilə neft qiymətlərinin düşməsi müvəqqətidir. Liviya, İran və Venesueladakı problemlər 2018-in qalan hissəsində də öz təsirlərini davam etdirəcək. Buna görə, neft qiymətlərinin, OPEC-in əlavə istehsal artımı müdaxiləsi olmasa, aşağı düşməsi gözlənmir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Bakı vaxtı ilə 09:35-ə olan məlumata görə, Qərbi Texas nefti (WTI) 1% ucuzlaşma ilə 73.41 dollardan, Brent nefti 1.3 faizucuzlaşma ilə 78.25 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur















.jpg)







