ABŞ və Çin arasında ticarət müharibəsi başladı - RƏSMƏN QÜVVƏYƏ MİNDİ
ABŞ, Çindən idxal edilən 34 milyard dollar dəyərindəki 800-dən çox məhsula 25 faiz əlavə gömrük vergisini rəsmən tətbiq etməyə başladı.
"Marja" xəbər verir ki, qlobal bazarları narahat edən "ABŞ-Çin ticarət müharibəsi" qarşılıqlı addımlarla şiddətlənməyə davam edir.
ABŞ Prezidenti Donald Trampın "texnologiya oğurluğu və ədalətsiz ticarət qaydaları" səbəbləri ilə Çinin texnologiya məhsullarına tətbiq etmək qərarı verdiyi 50 milyard dollarlıq gömrük vergilərinin ilk hissəsi Vaşinqton saatı ilə 00.01-də rəsmən qüvvəyə minib.
Çinin müdafiə, aeronavtika və istehsal sektorlarını hədəfə alan 25%-lik əlavə gömrük vergisi, 34 milyard dollar dəyərindəki 818 məhsulu əhatə edir.
Ağ Ev, 16 milyard dollar dəyərindəki 300-ə yaxın məhsulu əhatə edən ikinci hissənin isə bu ayın üçüncü həftəsində qüvvəyə minməsinin planlaşdırıldığını açıqlayıb.
Beləliklə ABŞ, ilk dəfə Çin mallarını birbaşa hədəf seçən gömrük vergilərini tətbiq etdi.
Analitiklər bildirirlər ki, Çin ABŞ-a qarşılıq verməyə məcbur qalacaq.
Rəsmi Pekinin, ABŞ-ın gömrük vergilərinə cavab tədbirlərini bu gün həyata keçirməyə başlayacağı gözlənilir.
Çinin Ticarət Nazirliyinin sözçüsü Gao Fıng, etdiyi açıqlamada, ABŞ rəhbərliyinin 34 milyard dollar məbləğindəki Çin texnologiya məhsuluna qarşı gömrük vergisi tətbiqinə dair, "Çin heç vaxt ilk atəş açan tərəf olmayacaqdır. Ancaq Çin də öz ölkəsinin və xalqının əsas maraqlarını qorumaq üçün buna qarşılıq verməyə məcbur qalacaqdır" -ifadəsini işlədib.
Çinin cavab tədbirlərinə ABŞ-dan 200 milyard dollarlıq yeni həmlə
ABŞ Prezidenti Tramp, Çinin tariflərinə cavab tədbirlərilə qarşılıq verməsi halında ölkəyə daha 200 milyard dollarlıq gömrük vergisi tətbiq edilməsi tapşırığını vermişdi.
Ticarət mütəxəssisləri, dünyanın ən iri iqtisadiyyatlarına malik iki ölkənin bir-birinə qarşı gömrük vergilərini "qisasa qisas" üsulu ilə artırmağa davam etməsinin pis nəticələr doğuracağına işarə edir.
Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings" dünən yaydığı hesabatda, ABŞ-ın başlatdığı ticarət müharibəsinin getdikcə böyüməsi halında qlobal ticarətə zərərinin 2 trilyon dolları çata biləcəyi barədə xəbərdarlıq edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)







