Bakı birjasında bir ilk - TİCARƏTİ BAŞLADI
13 avqust tarixində Bakı Fond Birjasında (BFB) “Paşa Yatırım Bankası”Anonim şirkətinin (Türkiyə) istiqrazları əsas bazar seqmentində listinqə daxil edilmiş və təkrar bazarda ticarəti təşkil olunmuşdur.
Qeyd edək ki, sözügedən istiqrazlar xarici emitent tərəfindən yerli bazarda buraxılmış və BFB-də listinqə alınmış ilk qiymətli kağızdır.
BFB-dən "Marja"ya daxiol olmuş məlumata görə, hər birinin nominal dəyəri 1000 ABŞ-dolları olan 25.000 ədəd faizli sənədsiz, təmin edilməmiş, adlı istiqrazlar təkrar bazarda ticarətə buraxılmışdır. İstiqrazlar üzrə kupon dərəcəsi 4.85 faiz təşkil edir və son ödəniş tarixi 22 dekabr 2022-ci tarixinə təsadüf edir.
Bu münasibətlə BFB-nin İdarə Heyəti sədri Vüqar Namazov ilə “Paşa Yatırım Bankası” Anonim şirkətinin İdarə Heyəti sədri Cəlal Qasımov iştirakı ilə “Açılış zəngi” mərasimi olmuşdur.
Bununla əlaqədar olaraq, BFB-nin İdarə Heyəti sədri Vüqar Namazov “Paşa Yatırım Bankası” Anonim şirkətinin xarici emitent olaraq, Azərbaycan kapital bazarlarında iştirakını müsbət dəyərləndirmiş və BFB-də korporativ istiqrazlar bazarının inkişafı üçün xüsusi əhəmiyyəti daşıdığını vurğulayıb.
Daha sonra “Paşa Yatırım Bankası” Anonim şirkətinin İdarə Heyətinin sədri Cəlal Qasımov yerli bazarda xarici emitent tərəfindən ilk dəfə BFB-də qiymətli kağızların ticarətə buraxılmasını müsbət hal kimi qiymətləndirdiyini bildirib. C.Qasımov şirkətin strategiyasına uyğun olaraq gələcəkdə də bu istiqamətdə fəaliyyətlərinin davam etdirilməsini hədəfləndiyini qeyd edib.
Tədbirin sonunda tərəflər arasında Listinq müqaviləsi imzalandı və bu münasibətlə ticarətin başlanmasını simvolizə edən “Açılış zəngi” mərasimi həyata keçirilmişdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
37 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 40 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























