BMW bu ölkədə zavod tikəcək
Almaniyanın avtomobil istehsalçısı – BMW şirkəti Macarıstanın şərqində yerləşən Debretsen şəhərində dəyəri 1 milyard avrodan çox olan zavod tikməyə hazırlaşır. bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto bəyan edib.
Zavodun istehsal gücü ildə 150 min adi avtomobil və elektromobil istehsal etməyə imkan verəcək.
BMW ərazisi 400 hektar olan torpaq sahəsi üçün məsuliyyəti öz üzərinə götürür.
Cari ilin ikinci yarısında bu ərazidə zavod tikiləcək. Macarıstanın MTİ informasiya agentliyinin verdiyi məlumata görə, nazir bildirib ki, Avropanın digər şəhərləri arasında 14 ay davam etmiş danışıqlardan sonra BMW məhz Debretsen şəhərini seçib.
Nazir qeyd edib ki, Macarıstan mühəndis elmləri və informasiya texnologiyaları sahəsində bir sıra üstünlüklərə malikdir – vergilərin aşağı olması, çevik əmək normaları, peşə təhsili sistemi (şagirdlik variantı) və yüksək keyfiyyətli təlim.
BMW-nin press-relizində Debretsen şəhərini “istehsal şəbəkəsinin genişləndirilməsi üçün ideal yer” kimi təsvir edilib. Debretsenin əsas üstünlükləri bu şəhərin münasib infrastrukturu, logistika əlaqələri, təchizatçılar şəbəkəsinə yaxın yerləşməsi və ixtisaslı yerli işçi qüvvəsinin mövcud olmasıdır.
Macarıstandakı təchizatçılar ilə çoxdan bəri yaxşı münasibətlər qurmuş şirkət keçən il bu ölkədən 1,4 milyard avro məbləğində materiallar və xidmətlər aldığını bildirir.
Peter Siyyarto vurğulayıb ki, Macarıstan ilə Almaniya arasında iqtisadi əməkdaşlığın perspektivləri əsla şübhə doğurmur. Macarıstanda fəaliyyət göstərən 6 minə yaxın alman şirkəti bu ölkədə təxminən 300.000 macar vətəndaşını işlə təmin edir.
Debretsen şəhərinin meri Laslo Papp qeyd edib ki, BMW-nin bu şəhəri seçmək qərarı onun iqtisadi inkişaf strategiyasını təsdiqləyir. Mer daha sonra bildirib ki, investisiyalar Debretsenin gələcəyi konsepsiyasının yenidən dərk olunmasını, təhsilin inkişafı məsələlərinə xüsusi əhəmiyyət verilməsini tələb edir.
Yeni zavod Macarıstanın avtomobil sənayesindən asılılığını daha da artıracaq.
Bu sektor Macarıstan sənayesinin ən mühüm sahəsidir, 2018-ci ildə sənaye istehsalının 27 faizindən çoxu bu sektorun payına düşür.
2017-ci ildə Keçkemet şəhərindəki “Mercedes-Benz”, Döp şəhərindəki “Audi”, Esterqomdakı “Suzuki” və Sentqottharddakı “Opel” zavodlarında ümumilikdə 472.000 avtomobil yığılıb. Bu, 2017-ci ildə Aİ məkanında istehsal edilmiş 19 milyon avtomobilin təxminən 2,5 faizini təşkil edir.
Hazırda 14 ölkədə BMW-nin 30 istehsal bölməsi vardır. Onlardan 16-sı Avropada, o cümlədən 5 Almaniyada və 3-ü Böyük Britaniyadadır.
Avropa hüdudlarından kənarda isə BMW-nin ABŞ-da 2, Latın Amerikasında 2 və Asiyada 3 zavodu var.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
4 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
2 saat əvvəl
Bir sıra qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verildi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Kaşıbeyaz" artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı "Dreamland"də - FOTOLAR
-
7 saat əvvəl
Bank of Baku üçün ADA Universitetində II mini MBA proqramı başladı
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bir sıra qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verildi
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
Tramp: Yüksək səviyyəli iranlı rəsmilərlə görüşməyə hazıram
Tramp: İranla razılaşma bu gün imzalanacaq
Ən çox oxunanlar
Bank of Baku üçün ADA Universitetində II mini MBA proqramı başladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan olunur!
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
DJ Turaldan avtomobil sürücülərinə vacib mesaj! - VİDEO
Leysan, sel, yanğın zamanı evə dəyən zərəri kim ödəməlidir?




.jpg)
.jpg)





.jpg)







