Dollar nə üçün 2 manatı keçə bilmədi?
Məzənnə haqqında rəqəmlər nə deyir?
Son günlər manatın xarici valyutalar qarşısında dəyər dəyişikliyi maliyyə bazarında tədirginliyin artmasına səbəb olub. Öncəliklə nəzərə almaq lazımdır ki, iqtisadi sistemin işləyişi ilə bağlı qərarlar müəyyən qeyri-adi hərəkətlənmələrə səbəb ola bilir.
Cari ildə "Üzən məzənnə" sisteminə keçiləcəyi, buna baxmayaraq kəskin məzənnə dəyişiklikləri baş verdikdə Mərkəzi Bankın (MB) bazara müdaxilə edəcəyi elan edilmişdi. Bul il “üzən məzənnə”yə keçdikdən sonra keçirilən hərraclarda pisixoloji təsir ilə manatın ciddi dəyər itirəcəyi gözlənilirdi. Cəhd oldu, amma çox yüksələ bilmədi. Mərkəzi Bankın rəsmiləri də məzənnə hərəkətinin gözlənəndən sakit olduğunu etiraf etmişdilər. Niyə?
1. Son 2 ildə dollarlaşma prosesi getmiş və bunun qarşılığında valyuta ala biləcək manat bazası daraldılmışdı. Bu rəqəm uzun müddətdir 7 milyard manat həcmində saxlanılır.
2. MB və Maliyyə Nazirliyi tərəfindən manatda ifadə olunmuş qiymətli kağızları yüksək faiz təklif edərək bankların likvid manat vəsaitlərini cəlb edilmişdir;
3. Qrafikdən göründüyü kimi mütəmadi olaraq nəğd valyuta (xüxusuilə dollar) alqı-satqı həcmi son altı ayda minumum səviyyəyə enmiş və nisbətən stabilləşmişdir. Burada dollar satışına bankların məhdudiyyət tətbiq etməsi həcmin azalmasına ciddi təsir etməsi ilə bərabər, alış istiqamətinin də çox yüksək olmadığı müşahidə olunur.
5.Son 10 ildə hər zaman dövlər büdcəsi xərcləmələrinin açılmasına qədər (mart sonu) iqtisadiyyatda aktivlik aşağı olmuş və bu passivlik xarici valyutaya tələbin az olduğunu deməyə əsas verir.
4. Maliyyə bazarının dərin olmaması və bazarı tənzimləyəcək maliyyə alətlərinin yetərsizliyi bazarın tələblərinə uyğun tənzimləmədə yetərsiz qalmış və sərt hərəkətlərin yaşanmasını stimullaşdırmışdır.
5. Ən əsası yuxardakı şərtlərə bağlı və bazarların ruhuna uyğun olaraq uzun müddət məzənnə üzərindəki basqı düzəliş (korreksiya) hərəkətinə keçmişdir.
Cəfər İbrahimli, iqtisadçı- ekspert
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 11 d. əvvəl
-
-
22 d. əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
23 d. əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
2 saat əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
2 saat əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Ən çox oxunanlar
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Rəsmi məzənnələr açıqlandı
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
















.jpg)





