Çovdar sahəsində memorandum imzalandı
25 oktyabr tarixində Çovdar filiz emalı sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “AzerGold” QSC arasında anlaşma memorandumu imzalanıb.
QSC-dən "Marja"ya daxil olmuş məlumata görə, əməkdaşlığı genişləndirmək və yeni parametrlər çərçivəsində optimallaşdırmaq, elmi-texniki inkişafı dəstəkləmək, geoloji-kəşfiyyat və dağ-mədən sənayesi sahələrində qanunvericilik bazasının təkmilləşdirilməsinə önəmli töhfə vermək məqsədlərini əhatə edən memorandumu Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov imzalayıblar.
Memorandum çərçivəsində ölkə ərazisində mövcud filiz yataqlarının tədqiqi, kəşfiyyatı, işlənməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, “AzerGold” QSC-nin istifadəsində olan bir sıra faydalı qazıntı yataqlarının geoloji kəşfiyyatında birgə fəaliyyət, əlvan metal filizi yataqları üzrə məlumatların rəqəmsallaşdırılması və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.
Memorandum imzalandıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri 24 saat fəaliyyət göstərən Çovdar Filiz Emalı sahəsinin işi ilə tanış olub, aparılan metallurji testlər, laborator analizlər, geofiziki və geoloji tədqiqatlar, çöl sınaqlaşdırma və buruq-qazma işləri haqqında ətraflı məlumat əldə ediblər. Əraziyə baxış zamanı “AzerGold” QSC-nin ekoloji siyasətinə uyğun həyata keçirilən tədbirlər haqqında da söhbət açılıb. “AzerGold” QSC tərəfindən bildirilib ki, monitorinq proqramı çərçivəsində hasilat və mədən sahələrində ekoloji tədbirlər həyata keçirilir, istehsalat prosesi nəticəsində formalaşan bütün növ tullantılar qanuna müvafiq şəkildə idarə olunur, istehsalat sahəsi və ətraf ərazilərdə mütəmadi olaraq yaşıllaşdırma və iməclik tədbirləri keçirilir. Həmçinin ətraf qəsəbələrdə həyata keçirilən sosial layihələr və əhaliyə dəstək kampaniyaları haqqında da qonaqlara ətraflı məlumat verilib.
“AzerGold” QSC Çovdar filiz emalı sahəsində hasilata 2016-cı ildə başlayıb. Bu günədək aparılan hasilat işləri nəticəsində 93 min unsiya qızıl və 142 min unsiya gümüşün ixracından ölkə iqtisadiyyatı təqribən 205 milyon manat gəlir əldə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
9 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)









.jpg)






