Avro Bölgəsində inkişaf siqnalları güclənib
19 üzv ölkədən ibarət olan Avro Bölgəsində daha əvvəl başlayan iqtisadi toparlanma prosesi, son açıqlanan göstəricilərlə daha güclü bir şəkildə hiss edilməyə başlanıb.
Bölgə iqtisadiyyatında işsizlik azalmağa davam edərkən, inflyasiya tədricən yüksəlişini davam etdirib. İqtisadi inam indeksi artıb və bölgənin ixracı da artım qeyd etməyə davam edib.
Avro Bölgəsi, ötən ilin son rübündə əvvəlki rübə nisbətən 0,4 faiz və 2015-in eyni dövrü ilə müqayisədə də 1,7 faiz artıb. Sözügedən göstəricinin, regionun bu ilin ilk rübü üçün də müsbət bir inkişaf performansı təmin edəcəyi şəklində şərh olunur.
İNFLYASİYA ECB-NİN HƏDƏFİNƏ YAXINLAŞIB
Avro Bölgəsində bu ilin yanvar ayında illik inflyasiya 1,8 faiz olaraq ölçülüb. İllik inflyasiya, dekabrda isə 1,1 faiz qalxmışdı.
İnflyasiya rəqəmləri, avro istifadə edilən ölkələrdə pul siyasətini aparmaqdan məsul olan Avropa Mərkəzi Bankının (ECB) hədəf seçdiyi 2%-ə yaxındır. Yanvar ayı inflyasiya isə ECB-inin hədəfinə daha yaxındır.
XARİCİ TİCARƏTDƏ DƏ MÜSBƏT İRƏLİLƏYİŞLƏR.
Valyuta ittifaqının xarici ticarətində də müsbət irəliləyişlər baş verib. Ötən ilin dekabr ayında Avro Zonasının ixracı 178,6 milyard Avro və idxalı 150,5 milyard Avroya yüksələrkən, bölgə 28,1 milyard Avro xarici ticarət profisiti verib.
Məşğulluq bazarları da müsbət iqtisadi meylə dəstək verib. Bölgədə işsizlik, ötən ilin dekabr ayında 9,6%-ə geriləyərək May 2009-dan bu yana görülən ən aşağı səviyyəyə enib.
Avro Zonasında İqtisadi İnam İndeksi, noyabrda 106,8 bənd ikən dekabrda 107,8 bəndə yüksəlib.
Sözügedən proseslər, region iqtisadiyyatının 2017-yə daha yaxşı bir başlanğıc etdiyinə və topralanmanın daha güclü olduğuna işarə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
10 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















.jpg)






