Kapital Bank “İxrac əməliyyatlarında maliyyə dəstəyi” mövzusunda təlim keçirib
Kapital Bank “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə birgə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “İxrac əməliyyatlarında maliyyə dəstəyi” mövzusunda maarifləndirici təlim keçirib.
Tədbirdə Kapital Bank-ın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə ilə yanaşı bankın bir sıra əməkdaşları, həmçinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə də iştirak edib.
Maarifləndirmə xarakteri daşıyan təlim zamanı iştirakçılara nəzəri məlumatlar verilib və maliyyə dəstəyindən praktiki istifadə qaydalarından bəhs edilib. Tədbir çərçivəsində xarici ticarətdə maliyyə alətlərinin rolu, ixrac zamanı avans ödənişləri, akkreditiv, faktorinq, qarantiyalar, ixrac fəaliyyətinə istiqamətlənən kreditlər və s. haqqında sahibkarlara məlumat verilib.
“Son illər ölkə başçısının müvafiq sərəncamları ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində çox uğurlu addımlar atılır. Dövlət dəstəyi ilə görülən tədbirlər çərçivəsində ölkə iqtisadiyyatının inkişafına xüsusi diqqət ayrılır. Kapital Bank olaraq biz də prosesi yaxından izləyirik və bu inkişafa öz töhfəmizi veririk. Bu istiqamətdə sahibkarlara təqdim etdiyimiz ənənəvi bank məhsulları ilə yanaşı faktorinq, overdraft, qarantiya və akkreditivlər kimi qeyri-ənənəvi bank məhsulları da sözügedən seqmentin inkişafına xidmət edir”, - deyə, Kapital Bank-ın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə bildirib.
Tədbirdə Kapital Bank-ın Korporativ Satışlar departamentinin direktor vəzifələrini icra edən Nəsimi Xasıyev korporativ bank məhsulları, tariflər və biznes üçün təqdim olunacaq mobil tətbiq barədə ətraflı məlumat verdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)


