Bankların kreditlərdən faiz gəlirləri artıb
Azərbaycanın bank sektorunda faiz və qeyri-faiz gəlirləri artıb.
"Marja" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-aprel dövründə bankların cəmi faiz gəlirləri 644 milyon manat, o cümlədən kreditlər üzrə faiz gəlirləri 457.1 milyon manat təşkil edib. 2018-ci ilin eyni dövründə bankların faiz gəlirləri 561.2 milyon manat, o cümlədən kreditlər üzrə faiz gəlirləri 386.6 milyon manat təşkil etmişdi. Qısası, bankların faiz gəlirləri 83 milyon manat və ya 14,8%, o cümlədən kreditlər üzrə faiz gəlirləri 70,5 milyon manat və ya 18,2% artıb.
DAHA UCUZ PULDAN İSTİFADƏ EDİRLƏR
Diqqəti cəlb edən bank sektorunun faiz və onlara bağlı xərclərinin azalmasıdır. Belə ki, ötən ilin yanvar-aprel dövründə faiz və onlara bağlı xərclər 201.1 milyon manat ikən, cari ilin eyni dövründə 187.7 milyon manat təşkil edib (13,4 milyon manat və ya 7,1% azalıb). Bankların depozitlər üzrə müştərilərə ödədiyi faizlər 126.7 milyon manatdan 125.3 milyon manata geriləyib.
Qeyd edək ki, 30 Aprel 2019-cu il tarixində müştərilərə verilən kreditlər 12 milyard 674.8 milyon manat təşkil edib. Bu rəqəm ötən ilin eyni tarixində 11 milyard 422.6 milyon manat idi.
KREDİT XARİC XİDMƏTLƏRDƏN DƏ GƏLİRLƏR ARTIB
Cari ilin ilk 4 ayı ərzində bank sektorunun qeyri-faiz gəlirləri 250,3 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bank sektoru 159.3 milyon manat qeyri-faiz gəliri əldə etmişdi (91 milyon manat və ya 57,1% artım).
Ötən ilin yanvar-mart aylarında bankların qeyri-faiz xərcləri 325.6 milyon manat ikən, 2019-cu ilin eyni dövründə 344.3 milyon manata yüksəlib (18,7 milyon manat və ya 5,7% arıb).
Bankların faiz və qeyri-faiz gəlirlərinin 174 milyon manat artması qarşılığında, faiz və qeyri-faiz xərclərinin cəmi 5,3 milyon manat artması əməliyyat mənfəətinin artmasını təmin edib. Ötən ilin ilk 4 ayında 193.8 milyon manat təşkil etmiş əməliyyat mənfəəti cari ilin eyni dövründə 288.4 milyon manat olub.
ZƏRƏRDƏN XALİS MƏNFƏƏTƏ
Bank sektoru 2019-cu ilin yanvar-aprel dövrünü 347.9 milyon manat xalis mənfəət ilə başa vurub.Halbuki, sektor ötən ilin eyni dövrünü 57.1 milyon manat xalis zərərlə bağlamışdı. Ötən ilin ilk 4 ayında banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 242.5 milyon manat ayırmışdılar. Bu ilin eyni dövründə ehtiyatın 65.3 milyon manatı azad olaraq mənfəətə əlavə olunub.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
38 d. əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
-
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
5 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Ən çox oxunanlar
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib






.jpg)
.jpg)





.jpg)







