“Ukrayna Azərbaycanı dəstəkləyir” - Zelenski
“Son illər Ukrayna ilə Azərbaycan həm iqtisadi, həm də geosiyasi səviyyədə sıx münasibətlər qurub. Ona görə də Ukrayna bu dövlətə dəstək mövqeyində durub və duracaq”.
“Anadolu” agentliyi bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Çernovtsıda KİV nümayəndələri ilə söhbəti zamanı deyib.
O vurğulayıb ki, münaqişə tərəflərindən hər hansı birinə Ukrayna tərəfindən hərbi yardımın göstərilməsindən söhbət gedə bilməz.
“Hesab edirəm ki, bizim bir dövlət kimi aydın, düşünülmüş və düzgün mövqeyimiz var: biz Azərbaycanla Ermənistan arasında dialoqa və bu münaqişənin aradan qaldırılmasına çağırırıq”, - Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, son günlər baş verən hadisələr və Dağlıq Qarabağda yeni gərginlik bir daha göstərir ki, istənilən dondurulmuş münaqişə hətta uzun illərdən sonra da yenidən qızışa bilər. Buna görə də, münaqişələri dondurmaq yox, başa çatdırmaq lazımdır.
“Mən hesab edirəm ki, heç bir dondurulmuş münaqişə ola bilməz, çünki sonra bunun diversiya və ya təxribat olmasının fərqi olmayacaq, amma bu, planetimizin bu və ya digər yerində müharibə başladıqdan sonra hətta otuz il keçsə belə, hər halda, partlayış olacaq”, - dövlət başçısı əlavə edib.
“Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 d. əvvəl
-
-
5 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 8 d. əvvəl
- 21 d. əvvəl
- 24 d. əvvəl
- 31 d. əvvəl
- 33 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)

















.jpg)
