"United Airlines" aviaşirkəti "Pfizer" vaksinlərini ABŞ və Avropadakı anbarlara daşıyır
ABŞ-ın "United Airlines" aviakompaniyası "Pfizer" əczaçılıq kompaniyasının koronavirusa qarşı vaksinlərini ABŞ və Avropadakı anbarlara daşımağa başlayıb.
"The Wall Street Journal" nəşri xəbər verir ki, bu, tənzimləyici orqanların icazəsindən sonra əhalinin peyvəndlənməsinə vaxt itirmədən başlamaq məqsədilə edilir. Vaksin hazırda Miçiqan ştatındakı və Belçikadakı anbarlara daşınır. Sonradan preparatın Viskonsin ştatına və Almaniyaya çatdırılması da planlaşdırılır.
Ötən həftə Almaniyanın "BioNTech" əczaçılıq kompaniyası və onun amerikalı tərəfdaşı "Pfizer" koronavirusa qarşı peyvəndin qeydə alınması üçün ABŞ-ın qida məhsulları və tibbi preparatların keyfiyyətinə sanitar nəzarət üzrə idarəsinə sorğu göndərib. Qurumun müstəqil ekspertlər kollegiyası dekabrın 10-da sorğunu nəzərdən keçirməlidir. Kompaniyalar, həmçinin bütün dünya üzrə, o cümlədən Avropa İttifaqı və Böyük Britaniyanın tənzimləyici orqanlarına da müvafiq sorğu göndərməyə başlayıb.
Qeyd edək ki, "BioNTech" və "Pfizer" kompaniyaları istehsal etdikləri vaksinin effektivlik göstəricisinin 95 faiz olduğunu bildirirlər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 8 d. əvvəl
- 16 d. əvvəl
- 26 d. əvvəl
-
42 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək

























