“Expressbank”ın əməliyyat mənfəəti kəskin şəkildə artıb
“Expressbank” ASC 2020-ci ili 6 milyon 829 min manat xalis mənfəət ilə başa vurub. Bank 2019-cu ili 19 milyon 120 min manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin azalması ötən il bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara vəsait ayırması ilə əlaqədardır. 2019-cu ildə ehtiyatlardan azad olmuş vəsait mənfəətə əlavə edilmişdi. Bankın cari biznes fəaliyyətini daha dolğun əks etdirən əməliyyat mənfəəti kəskin artıb.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “Expressbank”ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 52 milyon 483 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 40 milyon 592 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 11 milyon 891 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə “Expressbank”ın əməliyyat gəlirləri 52 milyon 516 min manat, əməliyyat xərcləri 47 milyon 732 min manat, əməliyyat mənfəəti 4 milyon 784 min manat təşkil etmişdi.
Ötən il “Expressbank”ın əməliyyat gəlirləri 33 min manat, əməliyyat xərcləri isə 7 milyon 140 min manat azalıb.
2019-cu illə müqayisədə 2020-ci ildə “Expressbank”ın əməliyyat xərclərinin azalması hesabına əməliyyat mənfəəti 2,5 dəfə artıb. Əməliyyat mənfəətinin kəskin artmasına baxmayaraq xalis mənfəətin düşməsi mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardakı dəyişikliklər ilə əlaqədardır. Belə ki, 2019-cu ildə ehtiyatdan azad olmuş 16 milyon 289 min manat hesabına “Expressbank”ın mənfəəti 21 milyon 73 min manata yüksəlmişdi. Bank mənfəətindən 1 milyon 952 min manat vergilər ödəmiş və ili 19 milyon 120 min manat xalis mənfəət ilə bağlamışdı. 2020-ci ildə isə “Expressbank” 11 milyon 891 min manat manat əməliyyat mənfəətindən 2 milyon 930 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 2 milyon 133 min manat mənfəət vergisi ödəyib. Bu səbəbdən Bankın xalis mənfəəti 6 milyon 829 min manat təşkil edib.
2019-cu illə müqayisədə 2020-ci ildə “Expressbank”ın faiz gəlirləri 4% artaraq 39 milyon 192 min manat təşkil edib.
31 Dekabr 2020-ci il tarixində “Expressbank” 313 milyon 448 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 209 milyon 743 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2019-cu ilin sonunda Bankın cəmi aktivləri 338 milyon 638 min manat, müştərilərə verilmiş kreditlər 223 milyon 784 min manat təşkil etmişdi.
Ötən il “Expressbank”ın biznes kreditləri portfeli 6 milyon 991 min manat artaraq 65 milyon 477 min manata, daşınmaz əmlak kreditləri portfeli isə 2 milyon 405 min manat artaraq 30 milyon 243 min manata yüksəlib.
31 Dekabr 2020-ci il tarixində “Expressbank”da depozitlər 118 milyon 656 min manat təşkil edib. 2019-cu ilin sonunda Bankın depozit portfeli 174 milyon 220 min manat idi.
MƏCMU KAPİTALI ARTIB
31 Dekabr 2020-ci il tarixində “Expressbank” 117 milyon 341 min manat məcmu kapitala malik olub. Bank 2019-cu ilin sonunda 110 milyon 446 min manat məcmu kapitala malik idi.
Qeyd edək ki, "Expressbank" ASC-nin səhmdarları "Azenco Group" MMC (40.0003%), "Enerqoservis" MMC (17.6885%) Xammədov Hikmət Hacəmməd oğlu (15.9978%), Seyidov Hafiz Mirzağa oğlu (7.9982%), Dövlət Avtomobil Nəqliyyatİ Xidməti (0.3111%) və geri satın alınmış səhmlərdir (18.0041%)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 56 d. əvvəl
-
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Norm Sement zavodunun istehsal gücü artırılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
Ən çox oxunanlar
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ























