Qazpromun Almaniyadakı əsas ortağı Rusiyanı tərk etməyə qərar verdi
Almaniyanın ən böyük şirkətlərindən biri və ölkənin Rusiya qazının əsas alıcısı olan Almaniyanın enerji konserni Uniper, Rusiyadakı aktivlərini satmağa qərar verib.
Marja xəbər verir ki, bu barədə Reuters sənaye mənbələrinə istinadən məlumat yayıb.
Fransanın Engie, Almaniyanın Wintershall Dea, Avstriyanın OMV və Britaniyanın Shell şirkətləri ilə birlikdə "Şimal Axını 2" boru kəmərinin avropalı investorları arasında yer alan şirkət, emissiyaların azaldılması planının bir hissəsi olaraq Rusiyadakı elektrik stansiyalarını satmağı düşünür.
Unipro konserninin Rusiyadakı törəmə şirkəti, ölkədəki ümumi elektrik istehlakının təxminən 4% -ni əhatə edən, 11,2 giqavat gücündə beş qaz və kömürlə işləyən elektrik stansiyalarına sahibdir.
Uniper artıq InterRAO ilə danışıqlar aparıb, lakin qiymət barədə razılığa gəlmədiyi üçün başqa alıcı axtarır.
Uniper, ən böyük səhmdarı Finlandiya Fortum-un 2050-ci ilə qədər planı çərçivəsində Almaniyada kömürlə işləyən elektrik stansiyalarının çoxunu 2025-ci ilə qədər bağlamaq istəyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
7 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 9 saat əvvəl
-
9 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















