"Sinovac"ın baş menecerindən Azərbaycanla bağlı açıqlama
"Biz Azərbaycanın peyvəndlə təminatını davam etdirəcəyik"“Sinovac Biotech” şirkəti Azərbaycanın COVID-19 virusu əleyhinə peyvəndlə təminatını davam etdirəcək.
Çinin peyvənd istehsalı üzrə ixtisaslaşmış "Sinovac Biotech" şirkətinin baş meneceri xanım Quan Yan müsahibəsində Azərbaycan ilə əməkdaşlıqdan danışıb: “Sevindirici haldır ki, bizim şirkətin Azərbaycanla sıx əməkdaşlığı var və biz Azərbaycanı peyvəndlə təmin etməyə davam edirik. Biz tərəfdaşlıq etdiyimiz ölkələri, o cümlədən Azərbaycanı pandemiyaya qalib gəlmək üçün COVID-19 peyvəndi ilə təmin etmək işinə sadiqik”.
Quan Yan bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Sinovac” şirkətinin “CoronaVac” peyvəndini təcili istifadə üçün təsdiqləməsi şirkətə daha çox ölkəyə vaksin təchiz etməyə, o cümlədən COVAX təşəbbüsü çərçivəsində müxtəlif dövlətləri peyvəndlə təmin etməyə imkan verəcək. ÜST-nin müvafiq qərarınadək “Sinovac”ın ikitərəfli razılaşma əsasında təxminən 40 ölkəni COVID-19-a qarşı peyvənd ilə təmin etdiyini bildirən baş menecer əlavə edib ki, indiyədək 50 ölkə “CoronaVac” peyvəndini təcili istifadə üçün təsdiqləyib.
Quan Yan “CoronaVac” peyvəndini milli vaksinasiya proqramında istifadə edən ölkələrdən əldə olunan məlumatların vaksinin perspektivli və ümidverici olduğunu göstərdiyini deyib: “Misal üçün deyə bilərəm ki, bu yaxınlarda Braziliyada balaca bir şəhərdə əhalinin böyük hissəsi COVID-19 virusuna qarşı məhz “Sinovac” şirkətinin vaksini ilə peyvənd olunub. Nəticədə ağır və çox ağır xəstələrin sayı kəskin şəkildə azalıb. Bu cür nəticələr bizim hamımıza ümid verir ki, vaksinasiya sayəsində pandemiyaya qalib gəlmək mümkündür. Bizim şirkət qlobal vaksin təchizatındakı rolunu davam etdirməkdə qərarlıdır. Şirkətimiz dünyada artan tələbatı nəzərə alaraq istehsal gücünü artırmaq istiqamətində yeni sərmayələr cəlb edib. Nəticədə 3-cü istehsal xətti istifadəyə verilib ki, bununla da illik istehsal gücü 2 milyard dozanı ötüb. İndiyədək biz 600 milyon doza peyvənd istehsal edərək yerli və xarici sifarişçilərə çatdırmışıq.
Qeyd edək ki, iyunun 1-də Ümumdünya Səhiyyə Təşkilatı Çinin “Sinovac Biotech” şirkətinin COVID-19 virusu əleyhinə “CoronaVac” peyvəndini təcili istifadə üçün təsdiqləyib. “Sinovac” şirkətinin COVID-19 əleyhinə peyvəndi təsirsiz hala gətirilmiş (inaktivləşmiş) vaksindir. Bu peyvəndlərin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.
Azərbaycanda yanvarın 18-dən həyata keçirilən vaksinasiya prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndindən geniş istifadə olunur.
Marja.az Telegramda: https://t.me/marjaaz
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 saat sonra
-
-
13 d. əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
21 d. əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
45 d. əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 56 d. əvvəl
-
1 saat əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Rəsmi məzənnələr açıqlandı
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Ən çox oxunanlar
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir







.jpg)





.jpg)








