Sosial və əməkhaqqı kartlarının sayı azalıb
Azərbaycanda ödəniş kartlarının artması 2021-ci ilin May ayında da davam edib.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin May ayının sonunda ödəniş kartlarının ümumi sayı 9 milyon 972 min ədəd təşkil edib.
Aprel ayının sonu ilə müqayisədə May ayı ərzində cəmi ödəniş kartlarının sayı 74 min ədəd artıb. Aprel ayında cəmi ödəniş kartlarının sayı 129 min ədəd artmışdı.
May ayında sosial kartların sayı 11 min ədəd azalaraq 3 milyon 503 min ədədə, əməkhaqqı kartlarının sayı 10 min ədəd azalaraq 2 milyon 596 min ədədə düşüb, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 78 min ədəd artaraq 2 milyon 692 min ədədə, kredit kartlarının sayı isə 17 min ədəd artaraq 1 milyon 181 min ədədə çatıb.
Ötən ilin sonu ilə müqayisədə ilk 5 ayda cəmi ödəniş kartları 742 min ədəd artıb.
İlk 5 ayda (yanvar-may dövründə) sosial kartların sayı 60 min ədəd, əməkhaqqı kartlarının sayı 95 min ədəd, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 499 min ədəd, kredit kartlarının sayı isə 88 min ədəd artıb.
Qeyd edək ki, 2020-ci il ərzində cəmi ödəniş kartlarının sayı 1 milyon 964 min ədəd artmışdır. 2019-cu ilin sonunda cəmi ödəniş kartlarının sayı 7 milyon 266 min ədəd təşkil etmişdi.
2020-ci il ərzində sosial kartların sayı 1 milyon 60 min ədəd, əməkhaqqı kartlarının sayı 185 min ədəd, digər debet kartlarının sayı 424 min ədəd, kredit kartlarının sayı isə 296 min ədəd artmışdı.
2020-ci ildə yeni aqrokartların, birdəfəlik sosial müavinət (190 manat) üçün kartların, bağlanmış bankların əmanətçilərinə kompensasiya alınması üçün kartların verilməsi və iş yerlərinin rəsmiləşdirilməsi kart sayında böyük artıma səbəb olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
1 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
3 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın






.jpg)
.jpg)













.jpg)







