Dünyanın ən iri astronomiya muzeyi açılır - 95 MİLYON DOLLAR
39 min kvadrat metr, 2 min ton dəmir struktur, 24 metr hündürlüyündə nəhəng teleskop...Bu həftənin sonunda Çinin Şanxay şəhərində dünyanın ən iri astronomiya muzeyi fəaliyyətə başlayacaq.
Marja xəbər verir ki, tikintisi beş il davam edən nəhəng muzey təxminən 95 milyon dollara başa gəlib. 39 min kvadrat metrlik obyektin inşasında 2 min ton dəmir konstruksiya quraşdırılıb.
ABŞ-ın Ennead Architects şirkəti tərəfindən layihələndirilən muzeyin tikintisində heç bir düz xətdən və bucaqdan istifadə olunmayıb. Planetlər sistemini əks etdirən üçtəbəqəli ellipsvari sttukturda ilk nəzərə çarpan tavanda vaxtı və mövsümü göstərən nəhəng “göz”dür. Daha sonra binanın damından ay şəklində çıxan dəyirmi teatr və ən nəhayət açıq səmanı seyr etməyə imkan verən iri şüşə qübbə gəlir. Burda 24 metr hündürlüyündə nəhəng teleskop yerləşir.
Astronomiyanın inkişaf tarixini göstərən elektron sərginin də nümayiş etdiriləcəyi muzey gündə 7 min ziyarətçi qəbul etmək imkanı ilə bir çox digər muzeyləri qabaqlayacaq. Rəsmi açılış iyulun 17-nə planlaşdırılır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 10 d. əvvəl
- 12 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























