LG elektromobil batareyalarına 5 milyarddan çox vəsait xərcləyəcək
Ən iri Koreya şirkətlərindən olan LG özünün elektrikli avtomobillər üçün batareya istehsalı biznesini genişləndirir.
Marja xəbər verir ki, şirkət müvafiq filialı - LG Chem vasitəsilə növbəti 4 ildə batareyalarda istifadə olunan kimyəvi maddə və materialların istehsalına 5,2 milyard dollar vəsait ayıracaq.
Bu ilin dekabrında Cənubi Koreyada illik gücü 60 min ton olan katod zavodunun inşasına başlanılır. Hazırkı 40 min ton katod istehsalı həcminin 2026-cı ilə qədər 7 dəfə (260 min tondan çox) artırılması əsas hədəfdir.
LG elektromobil batareyaları istehsalında qlobal liderdir. Daha sonrakı yerlərdə SK və Samsung gəlir. LG-nin bu sahədə əsas zavodları Çin, Cənubi Koreya, Polşa və ABŞ-da yerləşir. Şirkət hələ mart ayında ABŞ-da istehsalın 2025-ci ilə qədər genişləndirilməsi üçün 4,5 milyard dollar investisiya yatıracağını bəyan edib.
Elektrikli avtomobillərə tələbatın sürətlə artması batareya və digər hissələr biznesinin də gəlirliliyini yüksəldir. LG təkcə batareya materialları bazarının 2026-ci ilə qədər ikiqat artaraq, 87 milyard dollara çatmasını proqnozlaşdırır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 10 d. əvvəl
- 12 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















