Azərbaycandakı 5-ci böyük bank maliyyə vəziyyətini açıqladı
Aktivlərinin həcmi 1 milyard manatdan çox olan 5 bankdan biri olan “Bank Respublika” ASC 2021-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 7 milyon 554 min manat xalis mənfəət ilə başa vurub. Xalis mənfəətin bir hissəsi, ehtiyatdan azad olan vəsaitin hesabınadır.
Marja Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-iyun dövründə “Bank Respublika”nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 49 milyon 557 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 45 milyon 380 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 4 milyon 177 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatlardan azad olmuş 3 milyon 377 min manat mənfəətə əlavə edilib. Beləliklə, “Bank Respublika” ilk 6 ayı 7 milyon 554 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar - iyun dövründə “Bank Respublika”nın cəmi əməliyyat gəlirləri 51 milyon 795 min manat, cəmi əməliyyat xərcləri 44 milyon 4 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 7 milyon 791 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan ehtiyata 3 milyon 306 min manat ayırdığından həmin dövrü 4 milyon 485 min manat xalis mənfəət ilə bağlamışdı.
FAİZ GƏLİRLƏRİ ARTIB
2020-ci ilin yanvar-iyun dövründə “Bank Respublika”nın cəmi faiz gəlirləri 38 milyon 206 min manat ikən, 2021-ci ilin eyni dövründə 39 milyon 354 min manata yüksəlib. Cəmi faiz gəlirlərinin artması müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin artması ilə əlaqədardır. Belə ki, “Bank Respublika”nın müştərilərə verdiyi kreditlərdən faiz gəlirləri 2 milyon 796 min manat artraraq 36 milyon 552 min manat təşkil edib.
Ötən ilin 1-ci yarısında “Bank Respublika”nın qeyri-faiz gəlirləri 13 milyon 539 min manat ikən, cari ilin eyni dövründə 10 milyon 203 min manat təşkil edib.
2021-ci ilin 1-ci yarısında 2020-ci ilin 1-ci yarısı ilə müqayisədə “Bank Respublika”nın cəmi gəlirləri 2 milyon 238 min manat azalıb, cəmi xərcləri isə 1 milyon 376 min manat artıb. Nəticədə, əməliyyat mənfəəti 3 milyon 614 min manat aşağı düşüb. Cəmi gəlirlərin azalmasına xarici valyuta əməliyyatlarından gəlirlərin, haqq və kommisiya gəlirinin azalması səbəb olub. Xərclərin artması isə faiz xərclərinin, o cümlədən cəlb edilmiş depozitlər üzrə faiz xərclərinin artması ilə əlaqədardır.
BANK DAHA DA BÖYÜYÜB
2021-ci ilin 1-ci yarısında “Bank Respublika”nın cəmi aktivləri 180 milyon 583 min manat və ya 17,4% artaraq 1 milyard 214 milyon 622 min manata, o cümlədən müştərilərə verilmiş kreditlər 108 milyon 382 min manat və ya 24,2% artaraq 555 milyon 249 min manata çatıb (biznes kreditləri 65 milyon 324 min manat artaraq 398 milyon 156 min manata qalxıb). Qeyd edək ki, Bank Respublika” aktivlərinin həcminə görə Azərbaycanda 5-ci böyük bankdır.
2021-ci ilin 1-ci yarısında “Bank Respublika”nın cəmi depozit portfeli 174 milyon 47 min manat və ya 25,2% artaraq 689 milyon 627 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2021-ci il tarixində “Bank Respublika” 93 milyon 492 min manat məcmu kapitala malik olub. Müqayisə üçün qeyd edək ki, Bank ötən ilin sonunda 83 milyon 893 min manat məcmu kapitala malik idi (ilk 6 ayda 9 milyon 599 min manat və ya 11,4% artıb).
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
23 d. əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
-
- 30 d. əvvəl
- 40 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
3 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
4 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
4 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycanda daha bir aqropark yaradılıb
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Ən çox oxunanlar
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma

















.jpg)






