Boeing son 2 ildə ilk dəfə mənfəətə çıxıb
Başıbəlalı 737 MAX modelinin sifarişləri artıb...İri amerikan təyyarə istehsalçısı, qlobal bazarda ən böyük payçılardan biri Boeing nəhayət ki, son 2 ildə ilk dəfə mənfəət əldə edə bilib.
Marja xəbər verir ki, pandemiya səbəbindən satışları az qala sıfıra düşən şirkət bu ilin ikinci rübündə optimist nəticələr göstərib:
Gəlirlər - 17 milyard dollar (ötən ilin müvafiq dövründə - 11,8 milyard dollar)
Xalis mənfəət - 567 milyon dollar (2020-ci ilin 2-ci rübündə - 2,39 milyard dollar zərər)
Boeing hesabat dövründə 180 yeni təyyarə sifarişi aldığını bildirib. Onların əksəriyyəti 2018 və 2019-cu illərdə baş verən və 340 nəfərdən çox insanın həyatına son qoyduqdan sonra uçuşu uzun müddət qadağan edilən, lakin nəhayət ki, təkmilləşdirilən yeni 737 MAX modelidir.
Kommersiya təyyarə biznesi 270% (6,02 milyard dollar), əsas sifarişçisi ABŞ hökuməti olan müdafiə sənayesi məhsulları 4% (6,88 milyard dollar) böyüyüb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 16 saat sonra
-
-
32 d. əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
49 d. əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
1 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
1 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb


























