Unibank müştəriləri üçün yeni bir xidmət təqdim edir
Bir sıra xidmətlərin qiymətini aşağı salmaq və ya tamamilə pulsuz etmək imkanı yaranacaq, nəticədə Bankın müştəriləri üçün bank xidmətlərinin xərclərinin xeyli azalmasına səbəb olacaq.Leobank – bütün bank xidmətlərini və məhsullarını özündə birləşdirən “Unibank”ın bir mobil bankçılıq xidmətidir.
Bankdan Marja-ya daxil olmuş məlumaat görə, innovativliyi və çoxfunksionallığı ilə seçilən bu mobil tətbiq, şəxsi vəsaitinizin idarəsini inanılmaz dərəcədə rahat edir.
“Leobank”ın məhsulları müasir “rəqəmsal” müştəriləri hədəf alıb və yeni bir marketinq strategiyası ilə bazara çıxarılacaq. Ukraynada monobank və Britaniyada koto-nun yaradıcısı olan Britaniya texnologiyalı Fintech Farm şirkətinin yeni rəqəmsal platforması əsasında hazırlanan Leobank, müştərilərini yeni fərdi bankçılıq aləti ilə təmin edəcək.
Müştərilərə təqdim olunan xidmətlər Revolut, Tinkoff və “monobank”dakı kimi tamamilə rəqəmsal olacaq.
Bu, bir sıra xidmətlərin qiymətini aşağı salmaq və ya tamamilə pulsuz etmək imkanı yaradacaq ki, nəticədə Bankın müştəriləri üçün bank xidmətlərinin xərclərinin xeyli azalmasına səbəb olacaq.
“Leobank”ın bazara çıxarılmasında məqsəd yeni bir müştəri seqmentini cəlb etmək, eyni zamanda Azərbaycan Respublikasında nağdsız ödənişlərin daha da inkişafına təkan verməkdir.
Leobank üçün xüsusi olaraq yaradılmış mobil tətbiqdə geniş bank xidmətləri təqdim olunub: pulsuz köçürmələr, rahat kommunal ödənişlər, kart ödənişlərinə görə “cashback” qazanmaq imkanı, maliyyə əməliyyatlarınıza daimi nəzarət. Xüsusi təlim keçmiş peşəkar dəstək əməkdaşları isə istənilən müştəri suallarına qeyd olunan kanallardan (WhatsApp, Facebook Messenger, Telegram), ya da telefonla cavab təqdim edəcəklər.
Bu gündən etibarən “Leobank”ın rəsmi veb saytı Leobank.az fəaliyyətə başlayıb. Bu saytdan artıq “Leobank”ın pulsuz Black Visa kartını öncədən sifariş etmək mümkündür. “Leobank”da qeydiyyatdan keçən ilk müştərilər sentyabrın əvvəlində mobil tətbiqdən tam istifadə edə biləcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 18 d. əvvəl
- 43 d. əvvəl
- 45 d. əvvəl
- 51 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb







.jpg)






.jpg)






