"Neft Fondunun satılmayan vəsaiti 539 milyon ABŞ dollarıdır"
"Cari ilin 30 iyul tarixinə Dövlət Neft Fondunun qrafikə uyğun satılmayan vəsaiti 539 milyon ABŞ dollarıdır".
Marja-nın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
Elman Rüstəmov qeyd edib ki, son meyillər nəzərə alınmaqla iyulda 2021-ci il üçün cari əməliyyatlar hesabının profisitinə dair illik proqnoz yenidən yüksəlmə istiqamətində təshih edilmişdir. Əlverişli neft qiymətləri ilə yanaşı qeyri-neft ixracının da yüksək sürətlə artması tədiyə balansına müsbət təsir edir. Strateji valyuta ehtiyatları ilin əvvəlindən bəri 2.7% (1.4 milyard ABŞ dolları) artaraq 52.2 milyard ABŞ dolları səviyyəsinə yüksəlmişdir. Bu dövrdə Mərkəzi Bankın ehtiyatları 2% artaraq 6.5 milyard ABŞ dollarına çatmışdır.
"Profisitli tədiyə balansı valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində təklifin artması və tələbin azalması ilə müşayiət olunur. Bu da qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Bütövlükdə cari ilin ötən dövründə 55 valyuta hərracında 3.2 milyard ABŞ dolları satılmışdır ki, bu da orta hesabla hər hərraca 58.7 milyon ABŞ dolları deməkdir. Hərracların 87%-də təklif tələbi üstələmişdir",- Mərkəzi Bankın sədri bildirib.
Elman Rüstəmov əlavə edib ki, valyuta bazarında sabitlik şəraitində bank sektorunda depozit və kredit portfelinin dedollarlaşma tendensiyası davam edir. Belə ki, depozit portfelinin xarici valyutada olan hissəsi 6 ayda 4.1 faiz bəndi azalaraq 49.1% təşkil etmişdir. Kredit portfelinin xarici valyuta hissəsi isə 2.9 faiz bəndi azalaraq 27.3% təşkil etmişdir.
Həmçinin oxu
Mərkəzi Bank faiz qərarını açıqlayıbMüştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
- 31 d. əvvəl
-
59 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
1 saat əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ən çox oxunanlar
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















