"Qazprom"un ixracı rekord həddə yaxındır
"Qazprom" qaz hasilatını 18,4%, ixracını 23,2% artırıbİlkin məlumatlara görə, ilin əvvəlindən etibarən (7 ayda), Rusiya şirkəti "Qazprom"un qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 18,4% (46,4 milyard kubmetr) artıraraq 298,2 milyard kubmetrə çatıb.
Marja xəbər verir ki, yeddi ay ərzində MDB xaricindəki ölkələrə təbii qaz ixracı 23,2% (21,7 milyard kubmetr) artaraq 115,3 milyard kubmetrə yuksəlib. Bu, tarixi maksimuma yaxındır.
"Beləliklə, Qazpromun ixracı rekord həddə yaxın həcmdə davam edir (2018 -ci ilin yeddi ayında 117,1 milyard kubmetr ilə rekord qırmışdı)", - qaz şirkətindən bildirilib.
Xüsusilə, ilin əvvəlindən etibarən Qazprom Türkiyəyə (203,9%), Almaniyaya (42,2%), İtaliyaya (16,2%), Rumıniyaya (318,3%), Polşaya (14,6%), Serbiyaya (118,1%), Fransaya (6%), Bolqarıstana (47%), Yunanıstana (18,8%) qaz ixracını artırıb. "Sibirin Gücü" qaz kəməri ilə Çinə qaz tədarükü də artmaqda davam edir.
"Qazprom" 2021 -ci ildə 506,5 milyard kubmetr qaz hasil etməyi planlaşdırır, bu da 2020 -ci illə müqayisədə 11,7% çoxdur. Bu il Şirkət Avropaya 175-183 milyard kubmetr civarında təbii qaz ixrac etməyi hədəfləyir. Həmçinin, Qazprom, 2021 -ci ildə Avropada qazın orta ixrac qiyməti ilə bağlı proqnozunu 1000 kubmetr üçün 240 dollara qaldırıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
4 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
9 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 21 d. əvvəl
- 23 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















