Xiaomi Samsung və Apple-ı ötüb keçdi
Satışlar 26% artıb, Avropada nömrə 1-dir...Çinin iri smartfon istehsalçısı Xiaomi cari ilin iyun ayında qlobal satışlarını 26% artırıb.
Marja CNBC-yə istinadla xəbər verir ki, bununla da iyunda satılan smartfonların qlobal bölgüsündə 17% Çin şirkətinin payına düşüb. Həmin göstərici ilə aylıq nəticələrdə Xiaomi əsas rəqibləri - Samsung və Apple-ı da geridə qoyub.
Müqayisə üçün bildirək ki, dünya miqyasında iyun ayında satılan ağıllı telefonların 15,7%-i Cənubi Koreya nəhəngi Samsung-a, 14,2%-i isə Amerikan şirkəti Apple-a məxsus olub. Buna əsas səbəb Vyetnamda koronavirus infeksiyasının sürətlə yayılmasına görə Samsung-un bu ölkədəki istehsalatı müvəqqəti dayandırması və daha az smartfon təchiz etməsidir.
Cari ilin ikinci rübünün ümumi nəticələrinə görə isə Xiaomi Samsung-dan sonra satışlarda dünya ikincisidir. Bununla belə, Avropada bazarın ən böyük hissəsi - 25%-i Xiaominin payına düşüb. Şirkət ən sürətlə inkişaf edən bazarlardan olan Hindistanda da liderdir.
Bu il Xiaomi preimium məhsul seqmentində əsas silahını – 928 dollara təklif olunan Mi11 Ultra smartfonunu bazara təqdim edib. Samsung yeni smartfonlarını gələn həftə, Apple isə sentyabrda təqdim edəcək.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
8 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 20 d. əvvəl
- 22 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















