Bu ailə 1 ton barama istehsal etməyi planlaşdırır
İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Zaqatala rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə müsbət təsir göstərməkdədir. Təsadüfi deyil ki, son bir ildə rayonda baramaçılığa maraq göstərən kümçü ailələrinin sayı xeyli artıb.
Belə ailə təsərrüfatlarından biri də rayonun Sumaylı kənd sakini Akif Qurbanova məxsus fermer təsərrüfatıdır. Əsasən qoyunçuluq və əkinçilik sahəsində çalışan Qurbanovlar ailəsi bu ildən etibarən barama istehsalı ilə də məşğul olmağa başlayıb. Qeyd edək ki, bu kümçü ailəsi cari mövsümdə Zaqatala rayonu üzrə barama istehsal etmək üçün ən çox ipəkqurdu götürən ailə təsərrüfatlarından biridir. Hazırda bu təsərrüfatda 20 qutu, yəni 400 qram ipəkqurdunun yemlənməsi prosesi həyata keçirilir.
Təsərrüfat rəhbəri bildirib ki, cari mövsümdə, ən azından 1 ton yaş barama istehsal etməyi qarşıya məqsəd qoyublar. Hazırda təsərrüfatda ailə üzvlərindən başqa, 8 nəfər mövsümi işlə təmin olunub. Fermerin dediyinə görə, baramanın satış qiymətinin artırılaraq 9 manata çatdırılması onlar üçün sərfəlidir. Məhsul tədarükünə iyunun əvvəllərində başlamaq planlaşdırılır.
Xatırladaq ki, 2016-cı ildə Zaqatala rayonunda 6 ton yaş barama istehsal olunub. Cari mövsümdə baramaçılıqla məşğul olan ailələrə 420 qutu ipəkqurdu paylanılıb. Bu il rayonda barama istehsalının 21 tona çatdırılması proqnozlaşdırılır.
©Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
10 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)









.jpg)







