Bu 3 metal sürətlə bahalaşacaq - SƏBƏB
Qlobal istiləşməyə qarşı mübarizə və alternativ enerji əsas təkanverici amillərdir...Böyük Britaniyanın ən iri konsaltinq və araşdırma şirkətlərindən olan Wood Mackenzie alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına dair yeni araşdırma-hesabat təqdim edib.
Marja xəbər verir ki, şirkət qlobal istiləşməni azaltmaq üçün beynəlxalq öhdəliklər, eləcə də azkarbonlu və zərərsiz enerji mənbələrinə keçidlə bağlı olaraq, 3 metala tələbatın və nəticədə qiymətin artacağını proqnozlaşdırır. Bunlar alüminium, mis və sinkdir.
Alüminium:
Wood Mackenzie yaşadığımız əsrin sonuna kimi qlobal temperaturun ən azı 2 dərəcə istiləşəcəyini ehtimal edir. Bu ssenaridə təkcə günəş panelləri sektorunda alüminiuma tələbat 2020-ci ildəki 2,4 milyon tondan 2040-cı ildə 4,6 milyon tona qədər artacaq. Bütövlükdə alüminiuma qlobal tələbatın 2040-cı ilə qədər 8,5-10 milyon tona çatacağı gözlənilir.
Mis:
Yüksək və aşağı gərginlikli naqillərdə istifadə olunan misə tələbat günəş enerjisi sektorunda 2020-ci ildəki 400 min tondan 2040-cı ildə 700 min tona qədər artacaq. Əgər qlobal temperatur 2 dərəcə artsa, bu tələbat 1,3 milyon tona qədər yüksələ bilər.
Sink:
Günəş panellərinin və naqillərin üzlənməsində istifadə olunan sinkə hazırda sektoral tələbat təxminən 400 min tondur. Bu rəqəm 2040-cı ildə 800 min tona çatacaq.
Xatırladaq ki, Wood Mackenzie-nin proqnozları təkcə bir sektorun inkişaf tempinə görə hesablanıb. Qlobal iqtisadi bərpa və artan tələbat fonunda bir sıra metallarda ilin əvvəlindən başlayan bahalaşmanın uzunmüddətli olacağı istisna edilmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
4 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























