Beynəlxalq Bankdan müştərilərə xoş xəbər
Azərbaycan Beynəlxalq Bankı “SMS-xəbərdarlıq” xidməti üzrə tariflərdə böyük dəyişikliklər edib.
Əvvəllər ayda 1.18 manatlıq abunə haqqı ilə təklif edilən bu xidmət indi VISA və Master Cardın Gold, Platinum, Amex Green Card, VISA PrimeCard Gold, Amex Gold Card, VISA PrimeCard Platinum, VISA Infinite/MC World Elite, Amex Platinum Card ödəniş kartlarının sahibləri üçün tamamilə pulsuz olub. Digər ödəniş kartlarının sahibləri isə bu xidmətdən indi cəmi 0.40 aylıq abunə haqqı ilə faydalana bilərlər. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı həmçinin digər bir sıra məhsul və xidmətlər üzrə də tarifləri optimallaşdırıb və beləliklə, xidmətlərini müştərilər üçün daha sərfəli edib.
“SMS-xəbərdarlıq” xidməti müştəriyə ödəniş kartı üzrə keçirilən bütün әmәliyyatlar barәdә real vaxt rejimindә SMS şəklində bildirişlər almaq imkanı verir. Kart hesabına vəsait daxil olanda, yaxud hesabdan vəsait çıxanda müştərinin mobil telefonuna dərhal bu barədə SMS göndərilir. Beləliklə, müştəri bu xidmət vasitəsilə öz kart hesabını 24/7 rejimində nəzarət altında saxlamış olur. Azərbaycan Beynəlxalq Bankının “SMS-xəbərdarlıq” xidmətinə bankın bankomatları vasitəsilə qoşulmaq mümkündür.
36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 20 d. əvvəl
-
-
41 d. əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 44 d. əvvəl
- 45 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
- 1 saat əvvəl
-
1 saat əvvəl
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Unibank 5 nominasiya üzrə qalib olub
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
Ən çox oxunanlar
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
26 dərəcə isti gözlənilir - Aprelin 3-ə olan hava proqnozu
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycanın lombard şirkətinə əlavə maya qoyulur
















