970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

Neft qiymətləri "Moderna"nın direktorunun açıqlamasından sonra düşüb

AzVak-mobil_resmin_ustu_31
Neft qiymətləri "Moderna"nın direktorunun açıqlamasından sonra düşüb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Neft "Qara Cümə"dən sonra bu həftəyə sürətli bir yüksəlişlə başlasa da bu gün yenidən ucuzlaşıb.

Marja.az xəbər verir ki, ABŞ-ın əczaçılıq şirkəti "Moderna"nın Baş direktoru Stefan Banselin yeni növ koronavirusa qarşı mövcud peyvəndlərin "Omicron" ştammı üçün təsirsiz olduğunu deməsindən sonra Brent fyuçersləri təxminən 5% düşüb və üç aylıq minimum səviyyəyə geriləyib.

Londonun ICE birjasında 2022-ci ilin fevral ayı üçün Brent markalı neftin fyuçers müqaviləsinin dəyəri bir barel üçün 70,62 dollaradək düüşb. Brent nefti sonuncu dəfə 2021-ci il sentyabrın 1-də bir barel üçün 71 dollardan aşağı olub.

Bansel "Financial Times"a verdiyi müsahibəsində qeyd edib ki, virusun insan hüceyrələrinə daxil olmaq üçün istifadə etdiyi zülaldakı çoxlu sayda mutasiya, ehtimal ki, mövcud vaksinlərin modifikasiyasını tələb edəcək.

Stefan Bansel, "Düşünürəm ki, heç bir yerdə Delta ştammı ilə eyni səviyyədə effektivlik olmayacaq", - deyib və əlavə edib ki, bir neçə ay ərzində "Omicron"a qarşı təsirli olacaq vaksinlərin geniş miqyaslı istehsalına başlanıla bilər.

Ümumdünya Səhiyyə Təşkilatı virusun yeni variantı ilə bağlı "çox yüksək" risk elan edib.

30.11.2021 14:11
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19