Balıq ovunun qadağan olunduğu yerlər açıqlanıb
Azərbaycanda balıq və digər su bioresurslarının sənaye ovunun şərtləri açıqlanıb.
Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda əksini tapıb.
Qaydaya əsasən bütün il boyu aşağıdakı yerlərdə balıq və digər su bioresurslarının sənaye ovu qadağandır:
- Kür çayının mənsəbinin qarşısındakı sahələrdə: çayın mənsəbinin sağ sahilindən Cənub-Şərq Qoltuq yaşayış məntəqəsi istiqamətindəki dəniz ləpədöyəninə qədər düz xətt üzrə 9 km-lik məsafədə, çayın mənsəbinin sol sahilindən Şimal-Şərq Qoltuq yaşayış məntəqəsi istiqamətindəki dəniz ləpədöyəninə qədər 9 km-lik məsafədə və bu kənar nöqtələrdən orta dəniz ləpədöyəni ilə Xəzər dənizinin dərinliyinə doğru 7 km-lik sahədə;
- Dəniz ləpədöyənindən Kür çayından əsas qolun (Bala Kür) ayrıldığı ərazilərə kimi, Sabirabad rayonunun Bala Həşimxanlı kəndindən Varvara SES-in bəndinə qədər olan sahədə;
- Araz çayında su anbarı istisna olmaqla bütün çay boyu;
- Su bəndləri, şlüzlər və körpülərdən 500 metr məsafəyədək ərazilərdə.
Aşağıda göstərilən müddətlərdə və yerlərdə balıq və digər su bioresurslarının sənaye ovuna icazə verilir:
Balıqçılıq və su obyektləri | Ov alətləri | Ova icazə verilən müddətlər | ||
1 | 2 | 3 |
| |
Xəzər dənizində (gölündə) |
| |||
Axçalı və siyənək balıqlarının ovu | dayanan diktorbalı torlar və tələ quruluşlu digər ov alətləri | yanvarın 1-dən mayın 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi |
| |
Meliorativ kollektorların mənsəbində və məcrasında | bu Qaydalarla müəyyən edilmiş və istifadəsi mümkün olan bütün ov alətləri | il boyu |
| |
Gəmilərlə kilkə ovu | konus tor və nasoslar | yanvarın 1-dən mayın 1-nə kimi və iyunun 1-dən dekabrın 31-nə kimi |
| |
1 | 2 | 3 |
| |
Siyənək və axçalı balıqların ovu | Siyənək torları | fevralın 1-dən mayın 1-nə kimi |
| |
Sahil kilkəsinin ovu | dayanan diktorbalı torlar | yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 15-dən dekabrın 31-nə kimi |
| |
Kefal və digər axçalı balıqların ovu | cibli kefal torları | yanvarın 1-dən mayın 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi |
| |
H.Z.Tağıyev adına qəsəbədən Rusiya Federasiyasının sərhəd-lərinə qədər olan sahil-boyu ərazilərdə siyənək və axçalı balıqların ovu | atılan dəniz diktorbalı toru | martın 1-dən aprelin 15-nə kimi |
| |
Xərçəng və krevet ovu | xərçəngtoplayan
| mayın 1-dən noyabrın 1-nə kimi |
| |
Kür çayında |
| |||
Nərə cinsli, axçalı və qızıl balıqların ovu
| atılan diktorbalı torlar və üzən çay torları ilə | yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi |
| |
Kür çayının əlavə sularında axçalı balıqların ovu | üzən çay torları ilə | yanvarın 1-dən martın 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi |
| |
Göllərdə |
| |||
Candargöl və Sarısu göllər sisteminə daxil olan su obyektlərində axçalı balıqların ovu | göl venterləri və axçalı balıq torları | yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi |
| |
Su anbarlarında |
| |||
Mingəçevir, Şəmkir, Araz, Ağstafa və Varvara su anbarlarında axçalı balıqların ovu | göl venterləri və axçalı balıq torları | yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi |
| |
Mingəçevir, Araz və Varvara su anbarlarında xərçəng ovu | ixtisaslaşdırılmış ov alətləri | mayın 1-dən noyabrın 1-nə kimi |
| |
|
|
|
|
|
Aşağıdakı ərazilərdə və müddətlərdə balıq və digər su bioresurslarının sənaye balıq ovu qadağandır:
- Şabran limanını dəniz ilə birləşdirən mənsəbyanı sahədə hər iki tərəfə 1 km, dənizin içərisinə doğru 2 km-lik ərazidə yanvarın 1-dən avqustun 15-nə kimi;
- Kür çayının qadağan sahəsinin şimal sərhədindən Sabirabad rayonunun Bala Həşimxanlı kəndinə qədər olan sahədə aprelin 1-dən mayın 31-nə kimi;
- Böyük Qızılağac körfəzinin sahələrində: Kür dilinin cənub qurtaracağından Kiçik Qızılağac körfəzinin suburaxma kanalının sərhədinə qədər olan ərazilərdə mayın 1-dən 31-nə kimi;
- Kiçik Qızılağac körfəzinin balıqkeçirici kanalından 1 km şimala və 1 km cənuba, habelə dənizin içərisinə doğru 3 km ərazilərdə fevralın 1-dən mayın 1-nə kimi.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
6 saat əvvəl
Taxıl biçini davam edir, sahələrdən 1 milyon 619 min ton məhsul yığılıb
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
8 saat əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
9 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
10 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
10 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
Ən çox oxunanlar
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir

























