Taleh Kazımov: Bu bizim üçün gözlənilən bir nəticə idi
“Standard & Poor's” beynəlxalq reytinq agentliyi növbəti dəfə Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın reytinqini yüksək səviyyədə təsdiq edib. Belə ki, emitentin defoltunun uzunmüddətli reytinqi ("EDR") “ВВ-“ səviyyəsində, qısamüddətli EDR isə "B" səviyyəsində təsdiq olunub. Bu, Azərbaycanın 100% yerli kapitallı özəl bankları arasında ən yüksək reytinqlərdən biridir.
PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, Standard & Poor's-un ölkə reytinqini dəyişməz saxlaması fonunda Bankın reytinqinin təsdiq olunması bizim üçün gözlənilən bir nəticə idi.
"Maliyyə bazarında carı vəziyyəti nəzərə alaraq bu Bankımız üçün çox böyük bir nailiyyətdir. Reytinqimizin təsdiq olunması Banka regional maliyyə institutu kimi göstərilən etimadın göstəricisidir. 10 il bundan əvvəl qurulduğunda PAŞA Bankın qarşısına qoyduğu əsas məqsəd özəl qeyri-neft sektorunda inkişaf etmək olmuşdur və Bankın strategiyaları bu məqsəd ətrafında qurulmuşdur. Uzunmüddətli, dayanıqlı inkişafı hədəf alan Bank öz korporativ və risk idarəetməsinə, insan kapitalına və İT infrastrukturuna böyük sərmayələr yatırmışdır. Standard & Poor's-un çağırışlarla dolu bir zamanda PAŞA Bankın reytinqini eyni səviyyədə saxlaması strategiyamızın düzgün və uğurlu olduğunun bir daha sübut edir", - deyə T. Kazımov bildirdi.
Qeyd edək ki, Standard & Poor's öz hesabatında PAŞA Bankın Azərbaycanın bank sektoru üçün yüksək əhəmiyyət kəsb etdiyini qeyd edir və bankın biznes mövqeyinin qiymətləndirilməsində Bankın korporativ müştərilərə göstərilən xidmətlər seqmentində böyük bazar payını, həmçinin təcrübəli idarəetmə komandasına malik olduğunu nəzərə alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)


.jpg)



