Twitter-in səhmləri 9% də bahalaşıb
Maskın direktorlar şurasına təyin olunmasından sonra Twitter səhmləri 9% bahalaşıb. İlon Mask Twitter-in səhmlərinin 9,2%-ni təxminən 3 milyard dollara alıb. Dünən bu məlumat açıqlandıqdan sonra Twitter-in səhmləri 27% bahalaşmışdı.“Twitter” sosial şəbəkəsinin səhmləri aprelin 5-də Nyu-York Fond Birjasında keçirilən ilkin ticarət əməliyyatlarında 9% bahalaşaraq hər səhmə 54,6 dollar təşkil edib.
Marja xəbər verir ki, səhmlərin bahalaşması İlon Maskın Twitter-in direktorlar şurasına qoşulacağı ilə bağlı xəbərlər fonunda baş verib. ABŞ Qiymətli Kağızlar Komissiyasının (SEC) məlumatına görə, Twitter aprelin 4-də Elon Mask ilə müqavilə bağlayıb.
Mask iki il müddətinə, 2024-cü ildə keçiriləcək ümumi yığıncağa qədər direktorlar şurasında işləyəcək. Sosial şəbəkənin direktorlar şurasının üzvü olduğu müddətdə onun şirkətin kapitalındakı payı 14,9%-dən çox olmamalıdır.
Bir gün əvvəl “Twitter”in səhmləri 27% bahalaşmış, şirkətin kapitallaşması isə 31,5 milyard dollara yüksəlmişdi. Sosial şəbəkənin səhmlərinin qiymətində kəskin artım İlon Maskın “Twitter”in 9,2% payını alması xəbərindən sonra başlayıb. Reuters-in məlumatına görə, belə bir payın alınması onu şirkətin ən böyük səhmdarına çevirib. Məlumata görə, direktorlar şurasına təyinat və mülkiyyət payının məhdudlaşdırılmasına dair sazişin bağlanması Maskın Twitter-i ələ keçirmək üçün ani təklifinin şansını müvəqqəti olaraq əngəlləyə bilər.
Maskın Twitter-in 73,5 milyon səhminə sahib olması barədə məlumat aprelin 4-də ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası tərəfindən yayılıb. Bloomberg hesab edir ki, belə bir paketin qiyməti, aprelin 1-də ticarətin bağlanmasına görə, 2,9 milyard dollardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
11 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
11 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
27 d. əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 33 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Ən çox oxunanlar
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB






.jpg)
.jpg)







.jpg)









