"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəət 2,7 dəfə artıb
"Azərbaycan Sənaye Bankı" ASC 2022-ci ilin ilk 6 ayını (yanvar-iyun dövrünü) 3 milyon 2 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 1 milyon 113 min manat xalis mənfəət ilə bağlamışdı. 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında "Azərbaycan Sənaye Bankı" ASC-nin xalis mənfəəti 2,7 dəfə artıb.
Marja xəbər verir ki, "Azərbaycan Sənaye Bankı"nın faiz gəlirləri 2021-ci ilin ilk 6 ayında 14 milyon 359 min manat ikən, 2022-ci i ilin ilk 6 ayında 12 milyon 133 min manata düşüb. Bankın qeyri-faiz gəlirləri isə 2 milyon 965 min manatdan 4 milyon 278 min manata yüksəlib.
2022-ci ilin yanvar-iyun dövründə "Azərbaycan Sənaye Bankı" ASC-nin cəmi əməliyyat gəlirləri 16 milyon 411 min manat, cəmi əməliyyat xərcləri 13 milyon 413 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 2 milyon 947 min manat təşkil edib. Eyni zamanda aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olmuş azad olmuş 816 min manat mənfəətə əlavə edilib. Bank 3 milyon 763 min manat mənfəətindən 761 min manat mənfəət vergisi ödəyib.
Qeyd edək ki, 2021-ci ilin yanvar-iyun dövründə "Azərbaycan Sənaye Bankı" ASC-nin cəmi əməliyyat gəlirləri 17 milyon 324 min manat, cəmi əməliyyat xərcləri 15 milyon 445 min manat, əməliyyat mənfəəti 1 milyon 879 min manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayırma 483 min manat, ödənilmiş məmfəət vergisi 283 min manat təşkil etmişdi.
BANK KİÇİLİB
30 İyun 2022-ci il tarixində "Azərbaycan Sənaye Bank" ASC 737 milyon 933 min manat cəmi aktivlərə, o cümlədən 256 milyon 447 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank ötən ilin sonunda 812 milyon 561 min manat cəmi aktivlərə, o cümlədən 243 milyon 593 min manat kredit portfelinə malik idi. "Azərbaycan Sənaye Bankı"nın digər banklardakı depozitləri 467 milyon 295 min manatdan 384 milyon 897 min manata düşüb.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Müasir marketinq: səs-küydən mənaya doğru
Suraxanının İcra başçısına töhmət verilib
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib






















