"Günay Bank"ın xalis mənfəəti 7 dəfədən çox azalıb
"Günay Bank" ASC 2022-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 88 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 626 min manat xalis mənfəət ilə başa vurmuşdu. Beləliklə, "Günay Bank"ın xalis mənfəəti 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında 7 dəfədən çox azalıb.
Marja.az xəbər verir ki, "Günay Bank"ın faiz gəlirləri 2021-ci ilin birinci yarısında 7 milyon 20 min manat ikən, 2022-ci ilin birinci yarısında 7 milyon 263 min manata yüksəlib (243 min manat artıb). Bankın qeyri-faiz gəlirləri isə 3 milyon 883 min manatdan 3 milyon 322 min manata düşüb (561 min manat azalıb).
GƏLİRLƏRİ AZALIB, XƏRCLƏRİ ARTIB, ƏMƏLİYYAT MƏNFƏƏTİ DÜŞÜB
2022-ci ilin birinci yarısında "Günay Bank"ın cəmi əməliyyat gəlirləri 10 milyon 585 min manat, cəmi əməliyyat xərcləri 10 milyon 44 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 541 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 266 min manat ayırdığından və 187 min manat vergi ödədiyindən mənfəəti 88 min manata düşüb.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin birinci yarısında "Günay Bank"ın cəmi əməliyyat gəlirləri 10 milyon 903 min manat, cəmi əməliyyat xərcləri 9 milyon 194 min manat, əməliyyat mənfəəti 1 milyon 708 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 1 milyon 82 min manat ayırdığından mənfəət 626 min manata düşmüşdü.
KREDİT PORTFELİ CÜZİ ARTIB
30 İyun 2022-ci il tarixində "Günay Bank" 305 milyon 697 min manat cəmi aktivlərə, o cümlədən 204 milyon 189 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank 2021-ci ilin sonunda 256 milyon 469 min manat cəmi aktivlərə və 199 milyon 775 min manat kredit portfelinə malik idi.
30 İyun 2022-ci il tarixində "Premium Bank" ASC 164 772 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)


















.jpg)

