Azərbaycanda ilk dəfə investisiya şirkəti BOKT-dan pay alıb
“AZFİNANCE İNVESTİSİYA ŞİRKƏTİ” Qapalı Səhmdar Cəmiyyəti “Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin (BOKT) nizamnanmə kapitalına 700000 (yeddi yüz min) manat sərmayə yatırmaq müqabilində BOKT-nin paylarının 70%-na sahib olmuşdur.“Azfinance İnvestisiya Şirkəti” QSC “Optimal Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsis paylarının 70 %-ni alıb.
Bunun üçün investisiya şirkəti BOKT-nun nizamnamə kapitalının 700 min manat və yaxud 3,3 dəfə artırılaraq 300 min manatdan 1 milyon manata çatdırılmasında iştirak edib.
Son nəticədə "Optimal Finance"ın digər təsisçilərinin BOKT-dakı payı azalıb. Belə ki, Elçin Əsgərlinin payı 50%-dən 15%-ə, Fərid Eynullayevin payı 30%-dən 9%-ə, Yusif İbrahimovun payı isə 20%-dən 6%-ə düşüb.
"Optimal Finance"ın əsas təsisçisi dəyişdikdən sonra onun direktoru da dəyişdirilib. Belə ki, BOKT-a rəhbərlik Əhəd Əsgərovdan alınaraq İmam Qədimquliyevə həvalə edilib.
Azərbaycanda ilk dəfədir ki, investisiya şirkəti BOKT-dan pay alır. Burada diqqəti cəlb edən həm də "Optimal Finance"ın eyni adlı elektronika şirkətinin (“Optimal Elektronika” MMC) məhsullarının satışını maliyyələşdirməsidir.
Məsələ ilə bağlı açıqlama verən "Azfinance"ın direktoru İntiqam Səfərəliyev rəhbərlik etdiyi maliyyə qurumunun qərarını kiçik kreditləri maliyyələşdirmək istəyi ilə izah edib:
"BOKT almaqda əsas məqsədimiz elektronika məhsullarının satışına dəstək vermək deyil, sadəcə mikromaliyə sektorunda ən yaxşı işləyən sahədə - istehlak malları sahəsində olmaqdır. 5-10 dənə ayrı-ayrı şəbəkə ilə müqavilə bağlamaqdansa, bir şəbəkə ilə işləyən BOKT-un payını almaq yaxşıdır və bununla biz o sektora birbaşa girmiş oluruq. Nəzərə alsaq ki, adı çəkilən şəbəkənin illik dövriyyəsi 120-130 milyon manat çivarındadır, onun da 70-80%-i kreditlə satılanda, bizim aldığımız BOKT-un müştəri problemi olmayacaq".
İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)













.jpg)




