Şahdəniz 2 üzrə daha bir mühüm iş başa çatdırılıb
Şahdəniz 2 üçün birinci platformanın üst tikililəri quraşdırıldı
Şahdəniz 2 üçün inşa olunmuş Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platformasının üst tikililərinin STB-1 barjı üzərində dənizə yola salınmasından sonra, iyulun 2-si saat 18.00-da bu qurğu öz daimi yerinə çatmış, dünən (iyulun 3-də) səhər isə onun artıq çoxdan həmin yerdə quraşdırılaraq üzt tikililərini gözləyən dayaq blokunun üzərinə quraşdırılması işlərinə hazırlıq başlanmışdır.
STB-1 barjı yavaş-yavaş dayaq blokunun dayaqları arasına hərəkət etmiş, saat 15:00-da üst tikililər çox dəqiqliklə və uğurla barjdan dayaq blokunun üzərinə oturdulmuşdur. Yükü boşalmış barj dayaq blokunun o biri tərəfindən çıxaraq geriyə istiqamət götürmüşdür.
Dünən axşam isə platformanın ilk sakinləri – menecer və sazlama-montaj üçün işçi heyəti, gəmidən platformaya köçürülmüş və sazlama-montaj işlərinə hazırlıq başlanmışdır.
BP-nin layihələr üzrə vitse-prezidenti Yuan Drammond: “Bu gözəl xəbərdir. Shahdəniz 2-nin ilk platforması artıq yerindədir, üst tikililər uğurla dayaq blokunun üzərinə oturdulub. Həm də nə gözəl ki, hər şey tam təhlükəsiz başa çatdırılıb. Bu nəhəng əməliyyatın uğurlu olmasında, həmçinin layihənin bütün mərhələlərinin uğurla həyata keçirilməsində əməyi olanların hər birini təbrik edir, onlara təşəkkürümü bildirirəm.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
-
- 8 d. əvvəl
- 21 d. əvvəl
- 24 d. əvvəl
- 31 d. əvvəl
- 33 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Ən çox oxunanlar
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb






.jpg)
.jpg)









.jpg)









