Azərbaycanda aqroparkların ərazilərində emal müəssisələri yaradıla bilər
Azərbaycanda aqroparkların ərazilərində emal müəssisələrin yaradılması planlaşdırılır.
Bunu açıqlamasında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinin müavini Zamir Dibirov deyib.
Onun sözlərinə görə, artıq “Yevlax Pilot Aqropark”ın ərazisində emal müəssisənin yaradılması nəzərdə tutulur: “Aqroparkın ərazisi 2 855 hektar təşkil edir. Bu ərazinin 129 hektarında, yəni əkinə yaramayan hissəsinin təyinatını dəyişdirərək emal zonası yaradılacaq. Həmin ərazi lazım olan infrastrukturla (işıq, qaz və su) təmin ediləcək. Bundan sonra investorları bu əraziyə cəlb etmək istəyirik.
“Yevlax Pilot Aqropark”ında prioritetləşdirilmiş məhsulların əkini həyata keçirilir, həmin məhsulları emalı nəzərdə tutulur. Burada əsasən ərzaq və aqrar məhsulların emalı gözlənilir".
Z.Dibirov bildirib ki, meyvəçilik, toxumçuluq, süd məhsulları üzrə də emal müəssisələri yaradıla bilər.
O, vurğulayıb ki, investorlar aqroparkların sahibləri ilə birgə emal müəssisələrinə investisiya yatıra bilərlər.
Z.Dibirov deyib ki, aqroparkların gələcək inkişafı və onların kənd təsərrüfatında lokomotiv rolunu oynaması üçün əsas istiqamətlər müəyyən edilib: “Biz aqroparkların ixtisaslaşmasını istəyirik, ona görə aqroparkların klasterləşdirilməsi nəzərdə tutulur.
Ümumiyyətlə, ölkəmizdə 32 rayon üzrə 51 aqropark yaradılıb. Bu aqroparkların ərazisi 240 min kvadrat təşkil edir. Aqroparklar 2014-2015-ci ildən etibarən ölkə Prezidentinin tapşırığına əsasən ərzaq təhlükəsizliyinin təmin edilməsi, regionlarda işsiziliyin aradan qaldırılması və idxaldan aslılığının azaldılması məqsədilə yaradılıb. Aqroparkların yaradılmasında beynəlxalq mütəxəssislər tərəfindən dəstək göstərilib və onların təcrübələri öyrənilib”.
Xatırladaq, 2021-ci ildə “Yevlax Pilot Aqropark”ın açılışı olub. Aqroparkın 103 milyon manatlıq layihə dəyərinin 74 milyon manatı özəl, 29 milyon manatı dövlət investisiyasıdır. Parkda 2 855 hektar ərazinin 1 147 hektarında 100 ailə-fermer təsərrüfatının yaradılması nəzərdə tutulub. Aqroparkda 500 nəfər daimi, 1 000 nəfər mövsümi işlə təmin ediləcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
14 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)






.jpg)
