“AzInTelecom” SİMA ilə bağlı banklarla görüş keçirdi
“AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elxan Əzizov: Hazırda 12-si dövlət qurumu olmaqla, ümumilikdə 80-dən çox müəssisənin SİMA rəqəmsal imza ilə inteqrasiyası davam etdirilir.(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə “SİMA – istifadə sahələri, inkişaf perspektivləri və hüquqi aspektlər” mövzusunda işgüzar görüş keçirilib.
Tədbir “AzInTelecom” MMC tərəfindən hazırlanan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın maliyyə sahəsində tətbiqi, hüquqi yanaşmalar, digər istifadə sahələri və rəqəmsal transformasiya fonunda SİMA ilə bağlı gələcək planlara həsr olunub. Görüşdə Azərbaycan Respublikası Mərkəzi Bankının və ölkədə fəaliyyət göstərən 23 bankın məsul şəxsləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elxan Əzizov SİMA yeni nəsil rəqəmsal imzanın cari tərəfdaşları və bu inteqrasiyalar nəticəsində vətəndaşlara təqdim edilən xidmətlər haqqında ətraflı məlumat verib.
Elxan Əzizov bildirib ki, SİMA yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sisteminə inteqrasiyası ilə bağlı intensiv işlər aparılır: “Hazırda 12-si dövlət qurumu olmaqla, ümumilikdə 80-dən çox müəssisənin SİMA rəqəmsal imza ilə inteqrasiyası davam etdirilir. SİMA-nın üstünlüklərinin, xüsusilə əlçatanlığının həm xidmət təqdim edənləri, həm də vətəndaşları rəqəmsal xidmətlərdən istifadəyə təşviq etdiyinin və vətəndaş məmnunluğunu artırdığının şahidi oluruq”.
Qeyd edilib ki, SİMA-nın tətbiqi benefisiarlar üçün yeni imkanlar yaratmaqla yanaşı, həm də cari imkanları əvvəlkindən daha əlçatan edir. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də rəqəmsallaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalama imkanı qazandırır. SİMA mobil tətbiqi qısa müddət əvvəl təkmilləşdirilib, qeydiyyat prosesi daha da rahatlaşdırılıb. SİMA yeni nəsil rəqəmsal imza vətəndaşlarımızın rəqəmsal transformasiya prosesindən daha çox faydalanmasını təmin etmək üçün hər gün inkişaf etdirilir.
“AzInTelecom” MMC-nin əməkdaşı, SİMA üzrə məhsul sahibi Tamerlan Məşədihəsənli “SİMA – yeniliklər, bazardakı çətinliklər və gələcək planlar” mövzusunda təqdimat edərək fikirlərini bölüşüb.
“AzInTelecom” MMC-nin Hüquq və sənədlərə nəzarət departamentinin bölmə rəhbəri Günel Əlizadə “SİMA – gücləndirilmiş imza. Hüquqi aspektlər” mövzusunda çıxış edərək rəqəmsal imzanın tətbiqinin hüquqi əsasları ilə bağlı rəy bildirib.
Panel müzakirələrinin gedişatında “PAŞA Bank”ın Rəqəmsal Fərdi bankçılıq məhsulları şöbəsinin rəhbəri Şəhla Məmmədova “SİMA-nın bank məhsullarında istifadəsi. “PAŞA Bank” təcrübəsi” mövzusunda çıxış edib.
Şəhla Məmmədova qeyd edib ki, SİMA ilə inteqrasiyadan sonra aparılan analizlər nəticəsində məlum olub ki, rəqəmsal imza ilə çevik şəkildə həyata keçirilən proseslər nəticəsində kredit vermə müddəti 3 dəfə azalıb.
Bankın nümayəndəsi, həmçinin bildirib ki, SİMA yeni nəsil rəqəmsal imzanın tətbiqi ilə müştəri itkisi göstəricisi 2 dəfə azalıb. Yekunda “PAŞA Bank” ilə əməkdaşlığın nəticəsi olaraq, SİMA yeni nəsil rəqəmsal imzanın daha yaxşı istifadəçi təcrübəsinin formalaşmasındakı və müştəri məmnuniyyətinin artmasındakı rolu vurğulanıb.
Görüşdə iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, vətəndaş məmnuniyyətinin yüksəldilməsi və fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşdirilməsi məqsədilə SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir vətəndaşın olduğu yerdən rəqəmsal dövlət xidmətlərindən faydalanması təmin edilir.
Rəqəmsal xidmətlərə əlçatanlığın artırılmasına töhfə verən SİMA rəqəmsal imzanın inkişafı məqsədilə təkmilləşdirmə və yeni imkanların əlavə edilməsi istiqamətində müvafiq işlər davam etdirilir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
14 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 15 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 23 saat əvvəl
-
23 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
23 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)




.jpg)












