Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
"SpaceX IPO zamanı şirkətin dəyərinin ən azı 2 trilyon dollar deyil, 1,8 trilyon dollar olacağını hədəfləyir"SpaceX" şirkəti gözlənilən ilkin kütləvi təklifi öncəsi qiymətləndirmə hədəfini (şirkətin dəyərini) yenidən nəzərdən keçirib. Bloomberg News-in aprel ayındakı “2 trilyon dollardan yuxarı” gözləntisinin əksinə olaraq, şirkət hazırda ən azı 1,8 trilyon dollarlıq qiymətləndirməni hədəfləyir.
Marja xəbər verir ki, SpaceX ilkin kütləvi təklif (İPO) prosesində investorlar və məsləhətçilərlə aparılan məsləhətləşmələr nəticəsində hədəfi kiçiltsə də, hələ də tarixin ən böyük İPO-suna hazırlaşır.
SpaceX-in 20 may 2026-cı il tarixli ilkin kütləvi təklif sənədi şirkətin sadəcə peyk internet provayderi və ya raket istehsalçısı olmaqdan çıxaraq süni intellekt infrastrukturu şirkətinə çevriləcəyini ortaya qoyur. Şirkət gələcək vizyonunda orbitdə yerləşdiriləcək məlumat mərkəzləri inşa etməyi hədəfləyir.
SpaceX süni intellekt xidmətləri və infrastruktur xidmətləri ilə ümumilikdə 28,5 trilyon dollarlıq nəhəng bazarda güclü oyunçu olmağı hədəfləyir.
Şirkət 2025-ci ildə gəlirlərini 18,7 milyard dollara çatdırıb, əvvəlki ildə isə bu rəqəm 14 milyard dollar səviyyəsində idi.
İlkin kütləvi təklif sənədində əks olunan maliyyə göstəriciləri böyüməyə yönəlmiş investisiyaların mənfəətlilik üzərində yaratdığı təzyiqi də göstərir.
2024-cü ildə 791 milyon dollar mənfəət açıqlayan şirkət intensiv investisiya dövrü olan 2025-ci ili 4,94 milyard dollar zərərlə başa vurub.
Fevral ayında Elon Musk-ın "Grok" çat-botu və "X" sosial media platformasını "xAI" şirkətini tərkibinə qatıb. Bu zaman "SpaceX" 1 trilyon dollar, "xAI" isə 250 milyard dollar üzərindən qiymətləndirilib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
- 18 d. əvvəl
-
29 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 34 d. əvvəl
-
45 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)



.jpg)











.jpg)

