Böhranı "alovlandıran" bank satıldı
ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) bildirib ki, müflis olmuş Silikon Vadisi Bankının (SVB) əmanət və kredit portfeli ABŞ-ın First-Citizens Bankına köçürülür.Böhrana səbəb olan ABŞ-ın Silikon Vadisi Bankı (SVB) ilə bağlı yekun qərar açıqlanıb.
Marja ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) yaydığı açıqlamaya xəbər verir ki, First Citizens Bank, SVB qrupunun əmanətlərini və kreditlərini təhvil almağa razılaşıb.
"Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) "First-Citizens Bank & Trust Company"nin "Silicon Valley Bridge Bank"dan əmanətlərin və kreditlərin alması üçün müqavilə bağlayib", - tənzimləyicinin press-relizində deyilir.
Qeyd olunur ki, bazar ertəsi, martın 27-də Silicon Valley Bridge Bank-ın 17 keçmiş filialı "First-Citizens Bank & Trust Company-nin bölmələri kimi açılacaq.
Martın 10-na olan məlumata görə, Silican Valley Bank təxminən 167 milyard dollar aktivlərə və 119 milyard dollar cəmi əmanət portfelinə malik olub.
Razılaşmaya 16,5 milyard dollar endirimlə 72 milyard dollarlıq aktivlərin alınması daxildir. Təxminən 90 milyard dollarlıq qiymətli kağızlar və digər aktivlər FDIC-nin ləğvetmə bölməsində qalacaq.
FDIC bankdakı böhranın qurumun əmanətlərin sığortalanması fonduna təxminən 20 milyard dollara başa gələcəyini proqnozlaşdırır.
"Silicon Valley Bridge Bank", FDIC tərəfindən mart ayının əvvəlində "Silicon Valley Bank"ın aktivlərinin alıcısı olaraq yaradılmışdır.
Martın 10-da ABŞ-ın iyirmi ən böyük bankından biri olan Silikon Vadisi Bankını bağlanıb Bu, 2008-ci il maliyyə böhranından sonra ABŞ-da ən böyük bank uğursuzluğu idi. SVB-nin müflis olması ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsinin artması ilə əlaqələndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
8 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
-
- 37 d. əvvəl
- 40 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib




























