Dünya Bankından "itirilmiş onillik" xəbərdarlığı
2022-2030-cu illər arasında qlobal ÜDM-də orta potensial artım 2,2%-ə qədər yavaşlayacaq və dünya iqtisadiyyatı “İtirilmiş onillik” ilə üzləşəcək. Lakin Dünya Bankı hesab edir ki, "itirilmiş onillik"dən hələ də qaçmaq olar. Bankın hesabatında deyilir ki, investisiyaların stimullaşdırılması, xərclərin azaldılması, xidmət sektorunun təşviq edilməsi və əmək bazarının canlandırılması məqsədilə birgə səylər potensial ÜDM-in artımını 0,7 faiz bəndi artıraraq 2,9%-ə qədər yüksəldə bilər.Dünya Bankının bazar ertəsi açıqladığı hesabatında bildirilir ki, siyasətçilər işçi qüvvəsi təklifini, məhsuldarlığı və investisiyaları artırmaq üçün iddialı təşəbbüslər göstərməsələr, 2030-cu ilə qədər illik qlobal iqtisadi artım orta hesabla 2,2 faizə düşəcək, bu da son üç onillikdə (30 ildə) ən aşağı göstərici olacaqdır. Marja xəbər verir ki, bu vəziyyətdə dünya iqtisadiyyatı “İtirilmiş onillik” ilə üzləşəcək.
Hesabatda qeyd olunub ki, ümumi daxili məhsulun (ÜDM) potensial artımında gözlənilən geniş əsaslı yavaşlamanın geri qaytarılmaması dünyanın iqlim dəyişikliyi ilə mübarizə və yoxsulluğun azaldılması qabiliyyətinə dərin təsir göstərəcək.
2000-2010-cu illərdə orta hesabla illik artım 3,5%, 2011-2021-ci illərdə 2,6% olmuşdur.
Dünya Bankının baş iqtisadçısı İndermit Gill verdiyi açıqlamada, "Qlobal iqtisadiyyatı "itirilmiş onillik" ilə üzləşə bilər" deyib və əlavə edib ki, işi təşviq edən, məhsuldarlığı artıran və investisiyaları sürətləndirən siyasətlər bu tendensiyanın qarşısını ala bilər.
Hesabatda, Covid-19 pandemiyası və Rusiyanın Ukraynaya müdaxiləsi də daxil olmaqla, son bir neçə ildə baş verən böhranların təxminən otuz illik davamlı iqtisadi artımı sona çatdırdığı qeyd edilib. Qlobal maliyyə böhranı və ya iqtisadi böhran baş verdikdə düşmə daha da pisləşə bilər.
"İtirilmiş onillik" termini çox vaxt 1990-cı illərdə Yaponiyada yaranmış vəziyyəti təsvir etmək üçün istifadə olunur. Uzun illər sürətli inkişafdan sonra ölkə ciddi iqtisadi böhran keçirdi. Bu böhran həyat səviyyəsinin pisləşməsinə və ölkənin iqtisadi sisteminə inamın azalmasına səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
8 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
-
- 37 d. əvvəl
- 40 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib



























