Credit Suisse ilin sonuna qədər UBS ilə birləşməyi gözləyir
İsveçrənin Credit Suisse (CS) bankı UBS ilə birləşməsinin bu ilin sonuna qədər tamamlanacağını gözləyir.
Marja xəbər verir ki, Martın 19-da İsveçrənin mərkəzi bankı ölkənin ən böyük bankı UBS-nin çətin vəziyyətdə olan Credit Suisse-i 3 milyard frank (3,2 milyard dollar) qarşılığında almağa razılaşdığını açıqlayıb.
Credit Suisse bildirib ki, birləşmə iki qlobal bankı "bir-birini tamamlayan güclü tərəflər və bir-birinin biznesini dərindən anlaması ilə" bir araya gətirəcək. "Birləşmənin 2023-cü ilin sonuna qədər başa çatdırılması gözlənilir".
Credit Suisse-in fəaliyyətini davam etdirəcəyi vurğulanır. Müştərilərə müraciət edən bank bildirir ki, “heç bir tədbir görməyə” ehtiyac yoxdur.
"Bank məhsullarınızın istifadəsi və onların müqavilə şərtləri ilə bağlı hazırda heç nə dəyişmir. Hesablarınız və kartlarınızla bağlı bütün məhsullardan adi qaydada, eləcə də bütün onlayn və mobil bankçılıq xidmətlərindən istifadə oluna bilər".
Credit Suisse 1856-cı ildə təsis edilib. Dünyanın 50 ölkəsində fəaliyyət göstərən bankda 48 minə yaxın işçi çalışır. Martın ortalarında birjada Credit Suisse səhmlərinin dəyəri 30%-ə yaxın düşüb. Bundan əvvəl maliyyə şərhçisi Robert Kiyosaki (o, 2008-ci ildə Amerika bank nəhəngi Lehman Brothers-in dağılmasını dəqiq proqnozlaşdırmışdı) Amerikanın Silikon Vadisi Bankının iflasından sonra sıradan çıxa biləcək növbəti bankın Credit Suisse olacağını bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
10 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
-
- 38 d. əvvəl
- 42 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib


























