Bank “BTB”yə "Kiçik və orta biznes kreditləri üzrə Mütəxəssis/Aparıcı mütəxəssis" tələb olunur
Bank “BTB” ASC “Əcəmi” filialı, Kiçik və orta biznes kreditləri üzrə Mütəxəssis/Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Kiçik və orta biznes kreditləri üzrə Mütəxəssis
İş barədə məlumat:
- Bankın kiçik, orta, iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
-Biznes kreditləri sifarişi etmiş müştərilərin müraciətlərini qəbul etmək, biznes yerlərinə baxış keçirmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin bizneslərinin təhlilini aparmaq ,kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, biznesin ümumi fəaliyyətinə dair hesabatlar hazırlamaq, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
-Kredit portfelini formalaşdırmaq və idarə etmək ;
-Kiçik, orta, iri kreditlər və korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək.
Namizədə tələblər:
- Ali təhsil (iqtisadi və riyazi təhsilli olanlara üstünlük verilir);
- Kiçik orta sahibkarlıq kreditlər sahəsində ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
- Problemləri həll etmə bacarıqları;
- Satış bacarıqları;
- MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kiçik və orta biznes kreditləri üzrə mütəxəssis/aparıcı) göstərməyiniz xahiş olunur.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 8 d. əvvəl
-
12 d. əvvəl
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
-
1 saat əvvəl
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"bp-Azərbaycan"dan 2025-ci ilin yekunları üzrə BİZNES ƏMƏLİYYATLARI HESABATI
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq
bp-də işləyən Azərbaycan vətəndaşlarının sayı azalıb
Ən çox oxunanlar
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
KPMG Bakıda 2-ci ofisini açdı
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
Daha bir bank nağd kredit üzrə faiz dərəcəsini endirdi






















