TCMB inflyasiya proqnozlarını dəyişməyib
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) ilin ikinci inflyasiya hesabatını açıqlayıb. Bankın 2023-cü il sonu inflyasiya proqnozu 22,3 faiz; 2024-cü il üçün proqnozunu isə 8,8 faiz səviyyəsində saxlayıb.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) ilin ikinci inflyasiya hesabatını açıqlayıb.
Marja xəbər verir ki, Mərkəzi Bankın sədri Şahap Kavcıoğlu inflyasiya proqnozlarını 2023-cü ilin sonu üçün 22,3 faiz, 2024-cü ilin sonu üçün isə 8,8 faiz səviyyəsində saxladıqlarını açıqlayıb.
Ankarada ilin ikinci İnflyasiya Hesabatının təqdimatını edən Kavcıoğlu, inflyasiyanın yavaşlamasında "valyuta məzənnəsinin sabitliyi, gözləntilərin yaxşılaşması və əmtəə qiymətlərindəki azalmanın" təsirli olduğunu bildirib.
Açıqlamaya görə, bank 2023-cü il üçün ilin sonuna ərzaq inflyasiyası proqnozunu 22 faizdən 27,9 faizə qaldırıb.
2023-cü il üçün xam neftin orta qiyməti üzrə proqnoz 80,8 dollardan 78,1 dollara endirilib.
Proqnozlar müəyyən edilərkən enerji qiymətlərindəki azalmanın nəzərə alındığını qeyd edən Kavcıoğlu, ilin qalan hissəsində yerli ərzaq qiymətlərinin xarici qiymətlərlə daha münasib olacağını gözlədiklərini bildirib.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
27 d. əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
1 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
2 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib


















.jpg)






