970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib

“AZƏRMAŞ GROUP” 5 milyon dollarlıq istiqrazlarını tam yerləşdirilib. Hərracda 106 investor iştirak edib və ümumilikdə 106 sifariş verilib.
AzVak-mobil_resmin_ustu_31
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

“AZƏRMAŞ GROUP” MMC-nin 5 milyon ABŞ dolları həcmində istiqrazları Bakı Fond Birjasının Standart Bazar Listinq seqmentinə daxil edilib.

Marja xəbər verir ki, 2 iyun 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “AZƏRMAŞ GROUP” MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

AZ2002027301 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 8 iyun 2026-cı il tarixində yekunlaşıb.

Qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın 3.19-cu bəndinin tələblərinə cavab verdiyindən, istiqrazlar Standart Bazar Listinq seqmentinə alınıb.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə etmək mümkündür.

İstiqrazlar faizli, təmin edilməmiş, sənədsiz, adlı qiymətli kağızlardır. Ticarət kütləvi və birqiymətli hərrac üsulu ilə həyata keçirilib.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 50 min ədəd istiqraz buraxılıb. İstiqrazların ümumi buraxılış həcmi 5 milyon ABŞ dolları təşkil edib.

İstiqrazlar üzrə illik kupon faizi 9 faizdir. Faiz ödənişləri buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir həyata keçiriləcək. İstiqrazların tədavül müddəti 2 ildir.

Yerləşdirmə nəticəsində reallaşdırılmış həcm 5 milyon ABŞ dolları olub. Sifarişlərin ümumi həcmi də nominal qiymətlə 5 milyon ABŞ dolları təşkil edib. Hərracda 106 investor iştirak edib və ümumilikdə 106 sifariş verilib.

İstiqrazların anderrayteri “Troni İ.Ş.” QSC-dir.

AZƏRMAŞ GROUP istiqrazları AZƏRMAŞ GROUP MMC Bakı Fond Birjası BFB istiqraz Standart Bazar Listinq dollar istiqrazları 9 faiz kupon AZ2002027301 Troni İŞ istiqraz yerləşdirilməsi korporativ istiqrazlar 5 milyon dollar istiqraz Azərbaycan qiymətli kağızlar bazarı
08.06.2026 14:49
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19