"ABŞ Maliyyə Nazirliyinin defoltdan qaçmaq üçün imkanları tükənmək üzrədir" - İQTİSADİ FƏLAKƏT XƏBƏRDARLIĞI
"ABŞ Konqresi milli borc tavanının artırılmasına razılıq verməsə, ABŞ-ın borclarını ödəyə bilməyəcək. İqtisadi fəlakətdən qaçmaq üçün borc limitini artırmalıyıq".
Marja xəbər verir ki, bunu bazar günü ABC telekanalına müsahibəsində ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.
O qeyd edib ki, Konqres razılıq verməsə ölkə prezidenti Co Bayden qanunverici orqandan yan keçərək borc problemi həll edə bilər:
"Konstitusiyaya 14-cü düzəliş - bu düzəlişin dördüncü bölməsində deyilir ki, ABŞ-ın milli borcunun qanuniliyi heç vaxt şübhə altına alınmamalıdır. Bu bənd ABŞ prezidentinə Konqresdən yan keçməklə milli borc problemini həll etmək imkanı verə bilər".
ABŞ-ın Maliyyə naziri bir daha qanunvericiləri “işlərini görməyə” və dövlət borcunun tavanını qaldırmağa çağıraraq qeyd edib ki, tezliklə administrasiyanın defoltun qarşısını almaq üçün resursları tükənəcək:
"Bir neçə aydır ki, fövqəladə tədbirlər tətbiq edirik və bunun üçün imkanlarımız tükənmək üzrədir. Proqnozlarımıza görə, iyunun əvvəlində ödəniş edə bilməyəcəyimiz an ola bilər. İqtisadi fəlakətdən qaçmaq üçün dövlət borcunun tavanını qaldırmalıyıq”.
Yellenin sözlərinə görə, Konqres milli borc tavanını qaldırmasa, ABŞ-ın mövcud vəziyyəti həll etmək üçün “yaxşı variantları yoxdur”.
ABŞ dövlət borcu
ABŞ prezidenti Co Baydenin administrasiyası bu yaxınlarda Konqresi qanuni olaraq 31,4 trilyon dollar səviyyəsində müəyyən edilmiş milli borc tavanını artırmağa çağırıb. Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar Partiyası ənənəvi olaraq borc limitinin artırılmasına şübhə ilə yanaşır və dövlət xərclərinin azaldılmasının tərəfdarıdır.
Yanvar ayında ABŞ Maliyyə Nazirliyi defoltdan qaçmaq üçün borclanma limitinə çatılması ilə bağlı fövqəladə tədbirlər tətbiq etməyə başlayıb. Söhbət tarixə salına bilən büdcə xərclərindən gedir.
İlk dəfə 1917-ci ildə Konqres tərəfindən qəbul edilən tavan, ölkənin borcunun müəyyən bir səviyyəsinə və ya müəyyən bir tarixə çatdıqdan sonra, Xəzinədarlığın dövlət fəaliyyətini maliyyələşdirmək üçün yeni dövlət istiqrazları buraxmasına mane olur. Limitin aşılması o deməkdir ki, federal hökumətin bir çox adi büdcə ödənişlərini həyata keçirmək, o cümlədən müxtəlif sosial xərcləri ödəmək imkanları təhlükə altındadır. Bundan əlavə, dövlətin borcları və artıq qəbul edilmiş öhdəliklər üzrə faizləri ödəmək qabiliyyəti ciddi şəkildə pozula bilər.
Defolt (Default) - Borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilinməməsidir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
7 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
7 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir





















