“Günay Bank”ın lisenziyası ləğv edildi
Səbəb məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olması, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olması, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsidir. Əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcəkdir.“Günay Bank” ASC-nin lisenziyasının ləğvi və müvəqqəti inzibatçının təyin edilməsi ilə bağlı Mərkəzi Bank məlumat yayıb.
Marja.az məlumatı təqdim edir:
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.
Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan Qərarı ilə “Günay Bank” ASC-yə müvəqqəti inzibatçı təyin olunmuş, “Günay Bank” ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçmişdir.
“Günay Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. “Günay Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.
Bildiririk ki, “Günay Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcəkdir. “Günay Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcəkdir.
Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edir. Qeyd edək ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaqdır.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 24 d. əvvəl
-
- 30 d. əvvəl
-
42 d. əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
1 saat əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
1 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib
İyunun 9-da gözlənilən hava şəraiti
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Təbriz küçəsi də yenilənir
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb



















