221 manat sığorta haqqı ödəmişdi, zərərə görə 13 min manatdan artıq ödəniş aldı
Fermerlərə 40 min manatdan artıq aqrar sığorta ödənişləri verilibAqrar Sığorta Fondu fermer təsərrüfatlarına dəyən zərərlə bağlı sığorta ödənişlərini davam etdirir.
Fondun yaydığı məlumatda bildirilir ki, Dekabrın 27-də Cəlilabad, Biləsuvar, Yardımlı və Lerikdə sığortalanmış fermerlər və təsərrüfatların bir hissəsinə sığorta ödənişləri təqdim edilib.
Tədbirdə iştirak edən fermerlərə ümumilikdə 40 min manatdan artıq ödəniş edilib. Nəticədə qeyri-sabit hava şəraiti - dolu, sel, subasma, leysan, fırtına, şaxtavurma nəticəsində təsərrüfatları ziyan görən təsərrüfat sahibləri itirdikləri vəsaitləri dövlət dəstəkli sığorta sayəsində ödəniş şəklində əldə ediblər.
Zərər ödənişləri Cəlilabad, Biləsuvar və Yardımlı rayonlarındakı buğda-arpa sahələri, Lerikdə isə ərik bağı üzrə verilib.
Biləsuvar rayonunda təşkil edilən tədbirdə bildirilib ki, ölkədə aqrar sığortanın əhatə dairəsi və ödənişləri sürətlə genişlənir. 2023-cü ilin 11 ayının nəticələrinə görə, Fond tərəfindən zərər görən təsərrüfatlara ümumilikdə 4 milyon manata yaxın ödənişlər edilib və bu məbləğ günü gündən artmaqdadır.
Qeyd olunub ki, sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyir. Nəticədə fermerlər cüzi vəsait ödəməklə əkin sahələrini çoxsaylı risklərdən qoruya bilirlər.
Tədbirdə iştirak edən Cəlilabadlı fermer Gülməmməd Ağaşov bildirib ki, 30 hektarlıq arpa və buğda sahəsini sığorta etmək üçün cəmi 221 manat, yəni hər hektar əkinə görə cəmi 7 manat sığorta haqqı ödəyib. Sahədə baş verən zərərə görə isə Aqrar Sığorta Fondu ona 13 min manatdan artıq ödəniş edib.
Sığorta ödənişi ilə bağlı növbəti tədbir Lerik rayonunun Lələhiran kəndində keçirilib. Burada təsərrüfat sahibi Məhərrəməli Zeynalova məxsus olan 0,6 hektar ərik bağına şaxtavurma nəticəsində dəyən zərər üzrə fermerə 3847 manat ödəniş edilib.
Təsərrüfat sahibi bildirib ki, bağını hər il sığorta edir, sonuncu dəfə 126 manat sığorta haqqı ödəyib, hadisədən dəyən zərərə görə isə 3900 manata yaxın ödəniş alıb.
Tədbirdə Lerik rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Cahani Nüsrətzadə dövlətin aqrar sahəyə daim dəstək verdiyini, aqrar sığortanın da mühüm dəstək növlərindən biri olduğunu bildirib. DAİM rəhbəri aqrar sığortanın fermerlər üçün olduqca sərfəli şərtlərlə təqdim edildiyini vurğulayaraq təsərrüfatları bu imkandan istifadə etməyə çağırıb.
Aqrar sığortadan faydalanan təsərrüfat sahibləri digər fermerləri də sığortadan istifadə etməyə çağırıblar.
Aqrar Sığorta Fondu bu il ərzində əkin sahələri, bitkiçilik və heyvandarlıq üzrə indiyədək təxminən 4 milyon manata yaxın sığorta ödənişi həyata keçirib.
Fermerlər təsərrüfatlarını sığortalamaq üçün 1651 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 12 saat sonra
- 9 saat sonra
- 5 saat əvvəl
-
-
8 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
8 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
9 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş






















