Azərbaycanda ekoloji vergilərə yenidən baxıla bilər
Azərbaycanda ekoloji vergilərin yenilənməsi istiqamətində müzakirələr aparılır.
Bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.
Bundan başqa, o deyib ki, karbon emissiyalarına vergilərin tətbiqi də geniş müzakirə olunur:
"Ölkə olaraq Milli səviyyədə müəyyən edilmiş töhfələrə (NDC) çatmaq, karbon emissiyalarını azaltmaq üçün qiymət alətlərinin tətbiqi üzərində çalışırıq, onları öyrənirik. Sadəcə vergi ödəyicilərini əmin etmək istəyirik ki, hər hansı vergi tətbiq ediləcəyi halda sahibkarlığın inkişafına mane olmasın deyə ciddi təhlillər aparılır. Yəni, həm əhaliyə bunun təsiri olmasın, hansısa istehlak xərcləri artmasın, həm də mikrosahibkarların üzərində ciddi vergi yükü yaranmasın. Bir sözlə, sənayenin, ümumilikdə sahibkarlığın inkişafını məhdudlaşdırmayan karbon emissiyası üzərində vergi tutma üzərində işləyirik".
"Ekoloji dayanıqlılığın təmin edilməsi dövlətin təşviq alətləri ilə əhatə edilib"
Azərbaycanda ətraf mühitin qorunması, ekoloji dayanıqlılığın təmin edilməsi iqtisadiyyatın bütün sektorlarında dövlətin təşviq alətləri ilə əhatə edilib.
Bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.
"Bu alətlərdən biri vergi təşviqidir. Bir neçə ildir ki, ölkəyə idxal edilən elektrik mühərrikli və hibrid avtomobillərinin idxalı və satışı ƏDV-dən azad edilib", - deyə o qeyd edib.
Bundan başqa, vergi rəsmisi deyib ki, növbəti ilin büdcə zərfi çərçivəsində təqdim edilmiş Vergi Məcəlləsində dəyişikliklə bağlı qanun layihəsində bərpa olunan mənbələr hesabına enerji istehsalını həyata keçirən sahibkarların gəlir, mənfəət, əmlak və torpaq vergilərindən azad edilməsi nəzərdə tutulur: "Eyni zamanda, bu infrastrukturun qurulması ilə bağlı ölkəyə idxal ediləcək avadanlıqların ƏDV-dən və gömrük rüsumundan azad edilməsini nəzərdə tuturuq. Xüsusilə büdcə zərfində nəzərdə tutulan əsas təşviq alətlərindən biri dövlət-özəl tərəfdaşlığı çərçivəsində özəl subyektlərin uzunmüddətli vergi təşivqləri ilə əhatə olunmasıdır. "Dövlət-özəl tərəfdaşlığı haqqında qanun"a baxsaq burada da ətraf mühitin qorunması, ekoloji davamlılığın təşviq edilməsi ilə bağlı layihələrə daha çox üstünlük verilir".
© "Report"
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
3 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
4 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
5 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib




















.jpg)






