Çində nikahların sayı kəskin düşüb - "Subaylıq yaxşıdır, mənə çox təzyiq yoxdur və qazandığım pulu özüm xərcləyə bilirəm"
Ötən il Çində nikahların sayı beşdə bir azalaraq 6,1 milyona düşüb. Evliliklərin azalması demoqrafik böhran ilə mübarizə aparan hökumət üçün ciddi problem yaradır. Evliliklərin sayı son on ildə azalır, illik rəqəm 2019-cu ildə ilk dəfə olaraq 10 milyondan aşağı düşüb.Çində nikahların sayı keçən il 20 faiz azalaraq rekord səviyyəyə düşüb. Bu, hökumətin dünyanın ikinci ən böyük iqtisadiyyatını təhdid edən demoqrafik böhranı aradan qaldırmaq səylərinə zərbə vurur.
Marja.az xəbər verir ki, Çinin Mülki İşlər Nazirliyinin şənbə günü açıqladığı statistikaya görə, 2024-cü ildə nikahların sayı 6,1 milyona düşüb. Keçən ilki rəqəm 1986-cı ildən bəri ən az nikah sayıdır və 2013-cü ildə əldə edilən ən yüksək səviyyənin yarısından belə aşağıdır.
1,4 milyard əhalisi olan ölkədə daha çox insanların nikah qurmaması, Çində doğum sayının kəskin azalmasının qarşısını almaq üçün mübarizə aparan hökumət üçün problem yaradır.
"Bloomberg Intelligence"ın analitiki Ada Li hesabatında yazıb: “Evlilik yüksək xərclər, durğun iqtisadiyyat və ənənəvi nikahlara münasibətin dəyişməsi səbəbindən, xüsusən də gənclər arasında rəğbətini itirir”.
Ötən il nikahın azalmasına 2024-cü ilin "bədbəxtlik" ili olduğu barədə inam da səbəb ola bilər. Ölkədə 2024-cü il "Dul qadın ili" olaraq da bilinir. Məlumatlar həmçinin göstərib ki, təxminən 2,6 milyon insan boşanmaq üçün müraciət edib ki, bu da 2023-cü ildən 1,1% çoxdur.
Çinin əhalisi 2024-cü il daxil ardıcıl üçüncü ildir azalır, baxmayaraq ki, ötən il doğumlar əvvəlki illə müqayisədə bir qədər artıb. Bu, Çin bürcündə Əjdaha ilinin uşaq sahibi olmaq üçün şanslı olduğuna inamla əlaqələndirilir.
Bununla belə, keçən il Çin Xalq Respublikasının 1949-cu ildə qurulduğundan bəri ikinci ən aşağı doğum sayı qeydə alınıb ki, bu da azalan işçi qüvvəsinin iqtisadi inkişafa təsir etdiyi üçün iqtisadiyyat üçün davamlı uzunmüddətli riski vurğulayır.
Son onillikdə nikahların sayı demək olar ki, davamlı olaraq azalıb və illik rəqəm 2019-cu ildə 10 milyondan aşağı düşüb. Keçən ilin Çin sədri Si Tsinpin etdiyi çıxışında gəncləri evliliyə, uşaq sahibi olmağa və ailəyə münasibətini formalaşdırmaqda daha güclü rəhbərliyə çağırıb.
Çində avqust ayında nikah üçün qeydiyyatdan keçməyi asanlaşdıran və boşanma üçün ərizə yazmağı çətinləşdirən qanun layihəsini təklif edilib və bu, ictimai qəzəb dalğasına səbəb olub.
“Evlənmək böyük xərcdir”
Bazar ertəsi Çinin sosial media platforması "Weibo"da keçən il Çində nikah qeydiyyatının böyük azalması mövzusu, evlənmənin maliyyə çətinliklərinə işarə edən ən yaxşı şərhlərlə gündəmə gəlib.
Bir istifadəçinin təbirincə desək, "Həyat onsuz da çox yorucudur. Evlənməyə kimin cəsarəti çatır?"
Digəri isə belə şərh edib: "Evlənmək böyük xərcdir. Bu il birdən mənə elə gəlir ki, subaylıq olduqca yaxşıdır, mənə çox təzyiq yoxdur və qazandığım pulu özüm xərcləyə bilirəm".
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
11 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
11 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
12 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!



















