“Baku Steel Company”də talassemiyalı və hemofiliyalı xəstələr üçün qanvermə aksiyası keçirilib
(®) Qafqazın ən böyük metallurgiya şirkəti “Baku Steel Company” QSC (bundan sonra BSC) Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinin bir istiqaməti kimi, ənənəvi olaraq, hər il əməkdaşları arasında talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən şəxslərə qanvermə aksiyası təşkil edir.
Bu il də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində “Respublika Qan Bankı” Publik Hüquqi Şəxsin dəstəyi ilə şirkətimizin əməkdaşları könüllü olaraq donor oldular, talassemiyalı və hemofiliyalı xəstələrə dəstək nümayiş etdirdilər. BSC-nin Həmkarlar İttifaqının sədri Asif Abbasov:
“Biz, gələcəyimizin sağlam olması üçün əlimizdən gələn köməkliyi əsirgəməməyə, qan verərək həyat qurtarmağa səy göstəririk. Sosial məsuliyyətini dərindən dərk edən şirkət kimi, “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində, hər zaman donor olmağa, bu təqdirəlayiq təşəbbüsə öz töhfəmizi verməyə hazırıq”.
Valideynlərdən uşağa gen vasitəsilə keçən və ağır irsi qan xəstəliyi olan talassemiya - genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunur. Hemofiliya isə qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir.
2005-ci il fevral ayının 8-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə “Talassemiyasız həyat naminə” layihəsinin başlanmasını elan edib. Ölkəmizin əsas sənaye müəssisələrindən olan BSC bu təşəbbüsə böyük həvəslə qoşulan şirkətlərdəndir.
Qanvermə aksiyasından şəkillər:
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 d. əvvəl
-
- 30 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























