“Kapital Bank”ın kredit portfeli böyüyüb, faiz gəlirləri kəskin artıb
“Kapital Bank” ASC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 153 milyon 967 min manat xalis mənfəət lə başa vurub. Bank 2024-cü ilin eyni dövrünü 123 milyon 919 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Kapital Bank”ın xalis mənfəəti 2025-ci ilin 1-ci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 30 milyon 48 min manat və ya 24,2% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
Marja xəbər verir ki, 2025-ci ilin 1-ci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə “Kapital Bank”ın faiz gəlirləri 170 milyon 250 min manat və ya 43,5% artaraq 561 milyon 557 min manat, qeyri-faiz gəlirləri isə 36 milyon 329 min manat və ya 13,2% artaraq 311 milyon 440 min manat təşkil edib (cəmi gəlirləri 206 milyon 579 min manat artıb).
Bankın müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 122 milyon 689 min manat artaraq 445 milyon 624 manat təşkil edib.
“Kapital Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) son 12 ayda 588 milyon 727 min manat və ya 12,3% artaraq 30 iyun 2025-ci il tarixində 5 milyard 371 milyon 839 min manata çatıb. Bank 30 iyun 2024-cü il tarixində 4 milyard 783 milyon112 min manat kredit portfelinə malik idi.
30 iyun 2025-ci il tarixində “Kapital Bank” ASC 12 milyard 714 milyon 118 min manat cəmi aktivlərə malik olub. 30 iyun 2024-cü il tarixi ilə müqayisədə Bankın cəmi aktivləri 2 milyard 729 milyon 575 min manat və ya 27,3% artıb.
“Kapital Bank”da əhalinin və şirkətlərin vəsaitləri də artıb. Belə ki, Bankda depozitlər 1 milyard 876 milyon 263 min manat və ya 24,7% artaraq 9 milyard 477 milyon 352 min manata yüksəlib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 14 d. əvvəl
-
-
58 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Azərbaycan neftinin son qiyməti
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
























